BİZNES

Sevimli restoranlar şəbəkəsinə Media Tur - 150 illik tarixə malik dondurma ənənəsi
17 İYUL
508

Sevimli restoranlar şəbəkəsinə Media Tur - 150 illik tarixə malik dondurma ənənəsi

2018-07-17 16:26:00

MADO Azərbaycan restoranlar şəbəkəsinə Media Tur təşkil olunub. Jurnalistlər MADO restoranlar şəbəkəsinin beş filialı ilə tanış olub, xidmət zallarında, həmçinin mətbəxdə iş prosesini müşahidə ediblər.

Şirkətin marketinq direktoru Kəmalə Allahverdiya 150 illik tarixə malik dondurma ənənəsini gələcəyə ötürməyi qarşısına məqsəd qoyan MADO Azərbaycan brendinin tarixi, şirkətin əsas missiyası, hədəfləri və Azərbaycan daxil olmaqla bütün ölkələrdə müştəri məmnuniyyəti əldə etmək üçün əsas diqqət edilən məqamlar, beynəlxalq idarəetmə sistemi haqqında məlumat verib. Qida Təhlükəsizliyi şöbəsinin müdiri Babək Məmmədov isə qida təhlükəsizliyi ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Daim sosial layihələr, xeyriyyə aksiyaları təşkil edən MADO Azərbaycan mütəmadi olaraq Media Tur və açıq qapı günləri də təşkil etməyi planlaşdırır.

Qeyd edək ki, MADO - adı ilə bütövləşdirdiyi Maraş dondurmasını bütün dünyaya yaymağı və dünya səviyyəsində tanıtmağı qarşısına məqsəd qoyan restoranlar şəbəkəsidir.Azərbaycanda 2010-cu ildən fəaliyyətə başlamışdır. Hazırda 5 şöbəsi ilə xidmət göstərir.

Daha ətraflı:www.mado.az

www.facebook.com/madoaz

www.instagram.com/madoazerbaycan

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251