BİZNES

Britaniyalılar Azərbaycan çaydanında çay içəcək - "Ağıllı çaydan"
17 İYUL
779

Britaniyalılar Azərbaycan çaydanında çay içəcək - "Ağıllı çaydan"

2018-07-17 10:36:00

Azərbaycanın “Sumaks” şirkəti “ağıllı çaydan” istehsal edib. Fins.az Trend.az-a istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Cavid Məmmədov deyib. Onun sözlərinə görə, ilk bu cür çaydanlar Böyük Britaniyaya tədarük edilib:

“Bu çaydanları mobil tətbiq vasitəsilə idarə etmək, çayın hazırlanması üçün müvafiq temperatur təyin etmək olar. Məlum olduğu kimi, çayın hazırlanması prosesinə xüsusi münasibət var. Hazırlanma prosesində isti suyun müəyyən temperaturları istifadə olunur”.

Çaydan qaynamanın intensivliyini nizamlamağa imkan verən funksiya ilə təchiz olunub. Soyumuş suyu təkrar qaynatmamaq üçün isitmə rejimini seçmək olar, o zaman “ağıllı çaydan”dakı su daim isti qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256