BİZNES

Müasir tariximizin ən zəngin insanının adı bəlli oldu
17 İYUL
270

Müasir tariximizin ən zəngin insanının adı bəlli oldu

2018-07-17 10:06:00

“Amazon” şirkətinin təsisçisi Ceff Bezos müasir tariximizin ən varlı insanı oldu. Fins.az  xəbər verir ki, bazar ertəsi onun varidatı 150 milyard dolları ötüb.

Onu təqib edən “Microsoft”un təsisçisi Bill Geytsin isə “cəmi” 95 milyard dolları var. Dünyanın ən varlı insanlarının sıralamasında 3-cü pillədə 83 milyard dollarla Uorren Baffet qərarlaşıb.

Beləliklə də, “Amazon” başçısı 1982-ci ildən, “Forbes” jurnalının ilk reytinqi dərc ediləndən günümüzə qədər qeydə alınan ən zəngin şəxsdir. 

Əvvəlki rekord Geytsə məxsus idi: 1999-cu ildə onun varidatı bir müddət 100 milyard təşkil edib. Bu isə inflyasiyanı nəzərə almaqla 2018-ci il üçün 149 milyarda bərabərdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259