BİZNES

Natalya Əliyeva Caspian European Club-un Sədrinin müavini təyin edilib
13 İYUL
1404

Natalya Əliyeva Caspian European Club-un Sədrinin müavini təyin edilib

2018-07-13 11:46:00

Natalya Əliyeva Caspian European Club-un sədrinin beynəlxalq informasiya layihələrin inkişafı üzrə müavini təyin edilib. Natalya Əliyeva Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktorudur. Caspian Energy jurnalının ilk nömrəsi 1999-cu il mayın 28-də işıq üzü görüb. Jurnalın nəşrində məqsəd Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkmənistan, Gürcüstan və Türkiyənin beynəlxalq əhəmiyyətli layihələrinə informasiya dəstəyi göstərmək, inteqrasiya informasiya layihələrini həyata keçirmək və region dövlətlərinin iqtisadiyyatının investisiya cazibədarlığına dəstək verməkdən ibarətdir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bu müddət ərzində Caspian Energy müstəqil informasiya nəşri dünya əhəmiyyətli beynəlxalq brendə çevrilib.

Natalya Əliyeva 1973-cü il 27 mart tarixində Bakıda anadan olub. 1990-cı ildə 164 saylı orta məktəbi bitirib. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis ixtisası üzrə təhsil alıb.

1994-cü ilin iyun ayında ANS teleradio yayım şirkətində ştatdankənar müxbiri vəzifəsində çalışıb.

Həmin andan bu günə qədər Azərbaycanın neft-qaz strategiyasının, eyni zamanda yalnız Azərbaycan üçün deyil, həm də bütün region üçün əhəmiyyətli olan neft-qaz müqavilələrinin, o cümlədən, əsrin müqaviləsi və “Şah Dəniz” müqaviləsinin həyata keçirilməsini, ümummilli lider Heydər Əliyevin Prezident Aparatında neft-qaz mövzusunda keçirilən bütün görüşlərin işıqlandırılması üzərində çalışıb, bu mövzuda bir sıra eksklyuziv müsahibələr alıb.

1994-cü ilin payızında ANS şirkətinin nəzdində “ANS – Petroleum” həftəlik informasiya-analitik nəşrini yaradıb və dərc edib.

1997-ci ildə "Azer-press"də işə başlayıb, orada “Azer-Press Oil & Gas” analoji neft-qaz həftəliyini yaradaraq, kommersiya əsasına keçirib, paralel olaraq neft-qaz sahəsində eksklyuziv informasiyanın hazırlanması ilə məşğul olub.

1999-cu ilin aprel ayından bu günə qədər "Caspian Energy" Beynəlxalq Media qrupunun baş redaktoru vəzifəsində çalışır.

Enerji şirkətlərinin rəhbərləri və dövlət nazirləri ilə yanaşı, Aİ, ABŞ, Çin, Rusiya, Asiya-Sakit okean və MENA (Middle East North Africa) regionu ölkələrinin dövlət və hökumət başçıları ilə eksklyuziv müsahibələr hazırlayıb.

Bir sıra yerli və beynəlxalq internet layihələrinin, elektron və çap KİV-lərinin yaradıcısı və rəhbəridir

Ailəlidir, iki oğlan övladı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267