BİZNES

“Norm”un qazancında və satışında rekord
13 İYUL
107

“Norm”un qazancında və satışında rekord

2018-07-13 10:38:00

Azərbaycanda ən böyük sement istehsalçısı “Norm” MMC 2017-ci ili 34 milyon 689 min manat xalis mənfəətlə başa vurub. Fins.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə 2017 il “Norm”un xalis mənfəəti 115 dəfə artıb. Halbuki  2016-cı ildə şirkət cəmi 302 min manat xalis mənfəət əldə etmişdi.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

“Norm” MMC-nin əməliyyat mənfəəti artıb. 2016-cı ildə 11 milyon 295 min manat təşkil etmiş əməliyyat mənfəəti 2017-ci ildə 38 milyon 544 min manata yüksəlib. Digər maliyyə xərcləri çıxıldıqdan sonra 34 milyon 731 min manat mənfəət qalıb. MMC ötən il cəmi 42 min manat mənfəət vergisi ödəyib.

2016-cı illə müqayisədə ötən il “Norm” sementinin satışı 50%-ə yaxın artaraq 126 milyon 272 min manat təşkil edib. 

31 Dekabr 2017-ci il tarixində “Norm” MMC-nin cəmi aktivləri 234 milyon 888 min manat təşkil edib.

 

Müəllif: Xeybər Heydərov 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267