BİZNES

“Akkord” nizamnamə kapitalını artırır
10 İYUL
181

“Akkord” nizamnamə kapitalını artırır

2018-07-10 13:42:00

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə şirkətin nizamnamə kapitalı 1 499 365 manat və yaxud 1,98% artırılaraq 75 594 365 manatdan 77 093 730 manata çatdırılacaq. Fins.az Report-a istinadən xəbər verir ki, Kapital artımı Korporasiyanın dövriyyədə olan 17,5 manatlıq nominal dəyərə malik səhmlərinin sayının 85 678 ədəd artırılaraq 4 319 678-dən 4 405 356-ya çatdırılması hesabına təmin ediləcək. 

Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-cı ildə yaradılıb. Şirkətin səhmdarları "VIP Estate" MMC və Dərya Müsəllim oğlu Vəliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256