Bu ilin sonunda Yaponiya ilə Azərbaycan xalça satışı üzrə müqavilə imzalayacaq. Fins.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bunu "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov deyib.
Onun sözlərinə görə, "Azərxalça" ASC-yə xarici ölkələrdən müraciət edən müştərilər kifayət qədərdir: “Hazırda Yaponiya ilə əməkdaşlığa başlanılır. Artıq xalça nümunələri göndərilib və ilin sonunda müqavilə imzalanacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır