BİZNES

Azpromo tərəfindən bu sahibkarlara xarici ölkədə məhsul satmağa ödənişsiz yardım ediləcək
05 İYUL
173

Azpromo tərəfindən bu sahibkarlara xarici ölkədə məhsul satmağa ödənişsiz yardım ediləcək

2018-07-05 13:05:00

Ölkəmizdə sahibkarlar üçün əla fürsət yaradılıb. Bir çox ölkələrdə olmayan bu fürsəti Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondu şirkətlər və fərdi sahibkarlar üçün həyata keçirir. Belə ki, Fins.az –a sahibkarların daxil olan müraciətindən sonra , sahibkarlar üçün yaradılan şərait haqqında məlumat əldə edərək oxuculara təqdim etmək qərarına gəldik.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az –ın suallarını cavablandıran Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondu Azpromonun İxrac departamentinin lahiyə meneceri Elçin Kazımov sahibkarlara dəstək məqsədilə bir çox ixrac missiyaların olduğunu bildirdi.

Elçin Kazımovun sözlərinə görə, xarici ölkələrə məhsul ixrac etmək istəyən sahibkarların Azpromo tərəfindən yol pulu və oteldə qonaqlama kimi xərclərinin qarşılandığını bildirdi.

Bundan savayı “Azpromo” məhsul ixrac etmək istəyən sahibkarın xarici ölkədə məhsulunun alına bilməsi üçün şirkətlər təyin edir və  onlarla B2B görüşlər təşkil edilir.

Lakin bu xidmətlərdən yararlanmaq üçün şirkətlər  Azpromonun komissiyasından keçə bilməlidirlər. Bu zaman xüsusi kriteriyalar nəzərə alınır. Misal üçün bu şirkətin neçənci dəfə xaricə məhsul ixrac etməsi, məhsulun keyfiyyəti , şirkətin ixrac potensialı və s. Bu zaman şirkətlər bu kriteriyalara cavab verib verməməsinə görə ballar toplayır. Missiyalar 4-6 gün davam edir – deyə Elçin Kazımov bildirib.

İxrac departamentinin lahiyə meneceri xarici ölkələrdə təşkil olunan sərgilərdə stend yerlərinin alınamsı və həmin məkanların sərgiyə hazırlanması xərclərinin Azpromo tərəfindən qarşılandığını bildirdi. Bu xidmət pulsuz olsa da tədbirə qatılmaq üçün yol xərci sahibkarın özü tərəfindən qarşılanmalıdır.

Bir çox məhsullar var ki, Azpromo o məhsulların təşviqi ilə məşğul olur. Bu siyahıya xurma, nar, alkaqollu şərəblara və s məhsullar daxildir.   Misal üçün sahibkar bir neçə ton Rusiyaya xurma ixrac edir. Bu zaman həmin sahibkar məhsulun gömrük bəyənnamələrini təqdim edir bizə , Rusiyada idxal bəyannaməsini təqdim edir . Hər məhsulun kapsenti var. Misal üçün 3-5-6% və s. Bu o deməkdir ki, satılın məhsulunun bu faizləri qədər sahibkara Azərbaycan Maliyyə Nazirliyi tərəfindən əlavə pul ödənilir. Bu təşviq siyasətidir ki, bununla da sahibkarları daha da həvəsləndirmək və onlara bu yolla dəstək olunur deyə Elçin Kazımov bildirib.

Məlumat üçün bildirək ki, Azpromo tərəfindən sahibkarlar  və şirkətlər üçün xarici ölkələrdə bazar araşdırması xidməti göstərilir. Bu xidmət ödənişlidir. Belə ki, xidmətdən istifadə etmək istəyən sahibkar hər hansı ölkədə satmaq istədiyi  məhsul ilə bağlı araşdırma aparılmasını xahiş edir. Bu zaman dövlət rüsumu ödənilir. Dövlət rüsumu isə maksimum 20 min manat təyin olunub.

Həmçinin ticarət nümayəndəliklərimizin köməkliyi ilə ödənişsiz sahibkarlara müştəri tapmaqda köməklik də göstəririk deyə Elçin Kazımov qeyd edib.

Təşviq olunan məhsullar və digər qaydalar barədə bu linkdən məlumat əldə edə bilərsiz.

http://azpromo.az/

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270