BİZNES

İlk 5 ayda 250,2 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub
03 İYUL
166

İlk 5 ayda 250,2 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

2018-07-03 14:58:00

Azexport.az portalına 2018-ci ilin ilk 5 ayında 250,2 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyun ayı üçün buraxılışı təqdim olunub. Fins.az xəbər verir ki, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 667,5 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac 112 milyon ABŞ dolları və ya 20 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 5 ayı ərzində Rusiyaya 223,2 milyon, Türkiyəyə 154,3 milyon, Gürcüstana 69,9 milyon, İsveçrəyə 56,5 milyon və Çinə 19,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270