BİZNES

Uçot-qeydiyyat sistemində yeniliklər tətbiq ediləcək
02 İYUL
248

Uçot-qeydiyyat sistemində yeniliklər tətbiq ediləcək

2018-07-02 17:27:00

Vergilər Nazirliyində həyata keçirilən struktur dəyişikliklərindən  biri də  qeydiyyat sahəsi ilə bağlıdır. Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Departament kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı işinin müasir tələblərə uyğunlaşdırılması, uçot-qeydiyyat məlumat bazalarının təhlili istiqamətində fəaliyyət göstərəcək.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bu gün vergi orqanlarında sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində “bir pəncərə” sistemi fəaliyyət göstərir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu sahəsində yüksək şəffaflıq göstəricisi mövcuddur. Bununla yanaşı, dünyada uçot-qeydiyyat sistemində bir çox yeniliklər tətbiq olunmaqdadır ki, Vergilər Nazirliyi bu sahədə mütərəqqi yenilikləri ölkəmizin milli vergi sistemində tətbiq edəcəkdir.

Bu gün ən mühüm məsələlərdən biri sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə uçot baza məlumatların dürüstləşdiriməsi ilə bağlıdır.

N.Alimovanın sözlərinə görə, hər şey vergi ödəyicilərin düzgün uçot məlumatlarından başlayır. Vergilər Nazirliyi həm daxildə strukturlararası, həm də digər dövlət orqanları ilə düzgün uçot məlumatlarının verilməsi kimi mühüm vəzifəni həyata keçirir. Yeni yaradılmış struktur dövlət qeydiyyatı sahəsində mövcud olan işin keyfiyyətini artırılması, mütərəqqi yeniliklərin ölkəyə gətirilməsi, uçot-qeydiyyat məlumat bazalarının dürüstləşdiriməsi istiqamətində fəaliyyət göstərəcək.

Qeyd olunmalıdır ki, vergi sistemində aparılan struktur islahatlarının əsas məqsədi vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273