BİZNES

Azərbaycanda iş adamlarına ödənilən ixrac təşviqi 2 mln. manatı keçib
02 İYUL
269

Azərbaycanda iş adamlarına ödənilən ixrac təşviqi 2 mln. manatı keçib

2018-07-02 15:56:00

"İndiyə qədər Azərbaycandan qeyri-neft məhsulları ixrac edən sahibkarlara 2,185 mln. manat ixrac təşviqi ödənilib". Fins.az Report-a istinadən xəbər verir ki,  bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib. 

Xatırladaq ki, bu rəqəm 2017-ci ildə 2,869 mln. manat təşkil etmişdi. Başqa sözlə, Fond 2017-ci ildəki göstəriciyə bu ilin I yarısında nail ola bilib. 

Y.Abdullayevin sözlərinə görə, ixracın sürətlənməsində xaricdə yaradılmış ticarət və şərab evləri böyük rol oynayır: "Gələcəkdə BƏƏ-də ticarət evinin, Çində isə həm ticarət, həm də şərab evlərinin açılışı nəzərdə tutulub. Bizim ixracatçılarımız bunlardan yararlana bilərlər. Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın qeyri-neft ixracı 20% artıb. Artım bütün növ kənd təsərrüfatı məhsullarında, o cümlədən meyvə-tərəvəzdə də özünü göstərib". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256