BİZNES

Motosiklar ABŞ-ı tərk edir: Tramp və "Harley-Davidson" müharibəsi
28 İYUN
509

Motosiklar ABŞ-ı tərk edir: Tramp və "Harley-Davidson" müharibəsi

2018-06-28 01:06:00

Amerika Birləşmiş Ştatlarında daha bir qalmaqal baş verib. Dünyaca məşhur Harley – Davidson brendi motosikların istehsalını ABŞ-dan çıxarır. Fins.az qərb mediasına istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın ticarət müharibəsidir. D.Tramp məşhur brendin ölkə xaricinə üz tutacağı təqdirdə brendin sanksiyalarla üzləşəcəyini istisna etməyib. Bu barədə prezident öz twitterində yazıb. 

Harley-Davidson, Avropa birliyinin ABŞ-dan olan məhsullara həmçinin motosiklların idxalına vergi rüsumlarının artırılması ilə əlaqədar olaraq istehsalını ABŞ xaricinə çıxartmaq istəyir. Avropa ölkələri tərəfindən verginin artırılması Harleylərin qədim dünyada dəyərini 2200 dollar artıracaq. Nəticədə 2018-ci ildə brendə 35-40 milyon ziyan vurulacağı bildirilib.

Hazırda Harley Davidson Taylandda müəssisə tikir. Həmçinin Harleyin Braziliya, Hindistan və Avstraliyada zavodları var.

D.Tramp hələ Avropa ilə ticarət müharibəsi başlamamışdan öncə də Harley-Davidsonu ölkə xaricinə investisiya etməkdə ittiham edirdi. O çıxışı zamanı qeyd edib ki, Harley ilk ağ bayraq atanlardan olub, halbuki mən onlar üçün çox döyüşmüşəm deyə Tramp qeyd edib.

2017-ci ildə Harley-Davidson Avropada 40 min motosikl satıb. Şirkət əlavə xərcləri öz üzərinə götürməyə hazırlaşır. Bununla da satışları zərərdən qorumaq istəyirlər.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250