BİZNES

Azərbaycanda biznes mühitə yeniliklərlə dəstək olacaq şirkət quruldu
27 İYUN
926

Azərbaycanda biznes mühitə yeniliklərlə dəstək olacaq şirkət quruldu

2018-06-27 14:48:00

Azərbaycanda biznesin demək olar ki, bütün seqmentlərinin inkişafına yeniliklərlə töhfə verəcək və onlara gələcək mümkün idarəetmə və bazar təhlükələrindən qorumaq üçün dəstək olacaq “Quality Solutions” şirkəti qurulub.

Four Seasons Hotel Baku-da keçirilmiş təntənəli mərasimdə dövlət və özəl sektoru təmsil edən müxtəlif qonaqlar, iş adamları, media nümayəndələri iştirak ediblər.

Şirkətin təsisçisi və direktoru – maliyyə, bank sektoru, eləcə də biznesin idarə edilməsi sahəsində geniş təcrübəyə sahib olan, ölkənin biznes mühitini yaxından bilən Taleh Tahirli “Quality Solutions MMC”-nin təsis edilməsi barədə geniş təqdimatla çıxış edib, şirkətin müasir biznesin inkişafı istiqamətində müxtəlif xidmətləri “Disruption - Consulting Solutions” və “Emotion - 360o Marketing Solutions” brendləri altında təqdim edəcəyini bildirib.

“Hazırda dünyada biznesin ən müxtəlif sahələrində bazar sürətlə inkişaf edir, yeni texnologiyalar, innovasiyalar tətbiq olunur. Bu məsələ bizim iqtisadiyyat, biznes mühit üçün də aktualdır və cənab Prezident tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunmuş Starteji Yol Xəritəsi sənədlərində də iqtisadi inkişafda innovasiyaların tətbiqi və təşviqi qeyd olunur. Texnologiyaların tətbiqi isə bizneslərdən inkişafdan geri qalmamağı, müasir dövrlə ayaqlaşmağı tələb edir. Lakin, əgər bazarın sürəti ilə biznesin sürəti uyğun gəlmirsə, bu o deməkdir ki, biznes geri qalır. Biz çalışacağıq ki, “Disruption - Consulting Solutions” brendi altında bazarda olan trendlərə uyğun olaraq mövcud bizneslərimizə dəstək olaq. Yəni, burada lazımı trendlər, həllər, yeni texnologiyaların tətbiqi, həmçinin biznesin optimallaşdırılması kimi vasitələrdən istifadə edəcəyik.

Həmçinin, bilirik ki, hər bir biznesin məqsədi bazarda öz məhsulunu müştəriyə çatdırmaqdır. İstər B2B sektorda, istərsə də B2C sektorda. Buna görə də indiki dövrdə, yəni iqtisadiyyatın qloballaşması şəraitində bizi gözləyən mümkün təhlükələrin qarşısını almaq üçün biz düşündük ki, bizim yerli müştərilərimizin bizneslərlə emosional bir bağlantısı olsun. Bu səbəbdən də paralel olaraq “Emotion - 360o Marketing Solutions” brendi ilə biz emosional marketinq xidmətlərini də tədqim edəcəyik və bu xidmətin hazırda geniş yayılmış və effektiv olan video və data marketinq üzərindən aparılması planlaşdırılır. Biz bazarda tətbiq edəcəyimiz innovativ metodlarla biznes mühitinə və ümumilikdə cəmiyyətimizə faydalı olacağımıza inanırıq”.

T.Tahirli bildirib ki, şirkət konsaltinq xidmətləri, bizneslərin üzləşdiklərin problemlərin təyini, bu problemlərdən ən optimal çıxış yollarının və həllərin axtarılması, strategiya quruculuğu, biznes proseslərin optimallaşdırılması, insan resurslarının idarə olunması, marketinq araşdırması və kommunikasiyası, data marketinq, ictimaiyyətlə əlaqələr (PR), pozitiv imicin qurulması, media prodakşn, kreativ və s. istiqamətlərdə öz innovativ xidmətlərini təqdim edəcək. Şirkət həmçinin kiçik və orta bizneslərin kompleks idarə edilməsi həllərini də təklif edir.

Qeyd edək ki, şirkət sahib olduğu peşəkar heyətlə iqtisadiyyatın müxtəlif sahələri - maliyyə, kənd təsərrüfatı, istehsal, xidmət, qida və digər sahələrində müştəri yönümlülük prinsipi ilə biznesin inkişafı, onun rəqabət qabiliyyətinin artması istiqamətində fəaliyyət göstərəcək.

“Quality Solutions” və xidmətləri barədə ətraflı məlumatı şirkətin rəsmi internet saytından www.qualitysolutions.az, facebook(https://www.facebook.com/qualitysolutionsaz/)və linkedIn (https://www.linkedin.com/company/qualitysolutionsaz/ ) sosial şəbəkələrindəki səhifələrindən, eləcə də (+994012) 310 35 63 telefon nömərəsinə zəng etməklə və ya [email protected] elekton ünvanına müraciət etməklə əldə etmək mümkündür. Şirkət Bakı şəhəri, Xocalı prospekti 37 ünvanında (Demirchi Plaza) yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256