BİZNES

Trampın qurbanları: Ticarət müharibəsinin iki günü ərzində çinli milyarderlər …
22 İYUN
1971

Trampın qurbanları: Ticarət müharibəsinin iki günü ərzində çinli milyarderlər …

2018-06-22 23:41:00

ABŞ prezidentinin Çin məhsullarına vergi tətbiq edəcəyi barədə açıqlamaları  çinli milyarderlərin Forbesin siyahısında sayını azaldıb. Fins.az xəbər verir ki, 19 iyun 2018-ci il tarixində Tramp Çindən gətirilən mallara 10% vergi tətbiq olunduğunu elan edib. 5 gün öncə isə çin məhsullarına 25% lik vergi tətbiq oluncağı bildirilmişdi. Çin də öz növbəsində adekvat cavab verib. İki ölkə arasında ticarət müharibəsinin ilkin qurbanları çinli milyarderlər olub.  Hesablamalara görə, Trampın elanından sonra 20-21 iyunda 351 çinli milyarderin 1.55 trillion dollarlıq var-dövləti 1.05 trillion dollar qədər azalıb.

ABŞ-la Çin arasında ticarət defisitin azaldılmasına  yönəldilmiş memorandumu Donald Tramp 22 mart imzalayıb.  Martda vergi idxal olunan 60 milyard dollarlıq mallar tətbiq olunmuşdu.

D.Trampin sözlərinə görə, ABŞ-la Çin arasında ticarət defisiti 540 milyard dollar təşkil edir. Aprelin 3-də ABŞ hökuməti vergi tətbiq edilən 1300 adda Çin məhsulunun siyahısını təqdim edib. Bu siyahıya tibbi ləvazimatlar, preparatlar, aviamotorlar, işıqdiodlu lampalar və robottexnikaları daxil edilib. Çin isə cavab olaraq  ABŞ-dan Çinə idxal olunan 106 adda məhsula əlavə vergi tətbiq edib.  Bu siyahıya avtomobillər, neftkimya məhsulları və təyyarələr daxil edilib. Hər iki siyahı 50 milyard dollar dəyərləndirilir.

İyunda isə Tramp Çindən idxal olunan 200 milyard dollarlıq məhsula vergi tətbiq ediləcəyini bildirib. Bundan başqa Çinin buna qarşılıqlı cavab verəcəyi təqdirdə bu rəqəmin əlavə 200 milyarda da artırılacağı bildirilib.

Martda iki ölkə arasında ticarət müharibəsi başlayanda Forbesin siyahısında 374 çinli milyarderin adı var idi.  Hazırda bu siyahı 351 nəfərə enib.

Ekspertlərin fikrincə bu ticarət müharibəsində Çin sona kimi ABŞ la vuruşmayacaq və hətta  bu müharibə davam etsə ən çox Çin iqtisadiyyatının ziyan çəkəcəyi bildirilir. Lakin Çində yetərincə pul qazanan ABŞ şirkətləri də var ki, hansı ki, bu müharibədən ciddi zərər çəkə bilərlər.  Bu şirkətlər Apple, Starbucks və İnteldir. Hansıki Çin bazarında yetərincə paya sahibdirlər.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258