BİZNES

Azərbaycanda özəl klinikanı necə açmaq olar ? - Qaydalar və rüsum
21 İYUN
3342

Azərbaycanda özəl klinikanı necə açmaq olar ? - Qaydalar və rüsum

2018-06-21 14:42:00

Son illər ölkəmizdə özəl biznes açan əcnəbi vətəndaşların sayı çoxalıb. Əsasən də İran, Türkiyə , Pakistan və Hindistandan olan əcnəbi vətəndaşlar Azərbaycanda müxtəlif sahələrdə  biznes qururlar. Fins.az -a İran vətəndaşı tərəfindən daxil olan müraciət əsasında ölkəmizdə özəl tibb müəssisəsinin necə açmaq lazım olduğunu öyrənmək qərarına gəldik. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az ASAN xidmətindən verilən məlumata görə, ümumiyyətlə hüquqi şəxs şirkət yaradırsa Bakı şəhəri üzrə istənilən ASAN xidmətə müraciət edə bilər. Amma bir şərtlə ki, bu filial olmasın bir başa komersiya hüquqi şəxs olsun. Bu zaman ASAN xidmətə dövlət qeydiyyatı haqqında notarial qaydada təsdiq edilmiş  ərizə olmalıdır. Ərizə formasını Vergilər Nazirliyinin səhifəsindən öyrənmək mümkündür. Notarial təsdiqi ASAN xidmətdə də etmək mümükündür. Klinikanı açan şəxs fiziki və ya hüquqi şəxsdirsə onun haqqında notarial qaydada təsdiq olunmuş məlumat  formaları olmalıdır. Qurumun yaradılması nizamnamənin təsdiq olunması haqqında imzalı qərar və hüquqi ünvanı təsdiq edən sənəd olmalıdır. Mülkiyyətçi fiziki şəxsdirsə notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi vacibdir. Yox əgər hüquqi şəxsdirsə öz daxili möhürü və imzası ilə razılıq ərizəsi verməlidir.

Qeyd edək ki, 5 saylı ASAN xidməti mərkəzində İqtisadiyyat Nazirliyinin işçiləri bu sahədə elə müraciət zamanı yerində xidmət göstərirlər. Lisenziya verilməmişdən öncə aidiyyatı dövlət qurumunun rəyi tələb oluna bilər. Bundan sonra lisenziya alınması üçün dövlət rüsumu ödənilir. Özəl tibb müəssisəsinin dövlət rüsumu isə 2250 manatdır.

Maddə 22. Lisenziyanın və icazənin müddəti

22.1. Lisenziyalar (bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla) müddətsiz verilir. Azərbaycan Respublikasının qanunlarında müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir. Müddəti bitmiş lisenziya və icazə etibarsız hesab olunur. 

22.1-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziya 10 il müddətinə verilir.

22.2. Müddətli icazənin müddətinin uzadılması icazənin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir.

22.3. İcazənin müddətsiz uzadılmaqla yenidən rəsmiləşdirilməsi istisna olmaqla, yenidən rəsmiləşdirilmiş icazənin müddəti əvvəlki icazənin müddəti ilə məhdudlaşır.

22.4. Lisenziyanın (icazənin) dublikatının müddəti əvvəlki lisenziyanın (icazənin) müddəti ilə məhdudlaşır.

22.5. Lisenziyanın (icazənin) dayandırıldığı müddət lisenziyanın (icazənin) müddətinə daxil edilir.

Lisenziyaların verilmə qaydaları haqqında qanunvericiliklə bu linkdən tanış ola bilərsiz.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267