BİZNES

Azərbaycan Türkiyənin şərqindən idxal olunan malların dəyəri məlum olub
21 İYUN
180

Azərbaycan Türkiyənin şərqindən idxal olunan malların dəyəri məlum olub

2018-06-21 09:53:00

Cari ilin 5 ayı ərzində Türkiyənin Şərqi Anadolu İxracatçılar Birliyinin (DAİB) fəaliyyət bölgəsindən Azərbaycana 52 mln. dollar dəyərində ixracat həyata keçirilib. Fins.az xəbər verir ki, “APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, DAİB bölgəsinə Türkiyənin 17 şəhəri daxildir və bu bölgədən əsasən kənd təsərrüfatı, sənaye və mədən sektoru ilə bağlı məhsullar ixrac edilib.

Qeyd olunan dövrdə DAİB bölgəsindən ümumilikdə 171 ölkəyə 748 mln. 249 min dollar ixracat reallaşdırılıb ki, ixracatın böyük qismi 180 mln. dollarla İraqın payına düşür. İkinci pillədə 53 milyon dollarla İran, 3-cü pillədə isə 52 mln. dollarla Azərbaycan qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258