BİZNES

Bu il Azərbaycan xarici ticarət əməliyyatlarından müsbət saldosu artıb
20 İYUN
200

Bu il Azərbaycan xarici ticarət əməliyyatlarından müsbət saldosu artıb

2018-06-20 16:09:00

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 mlrd. 225 mln. 878,20 min ABŞ dolları təşkil edib. Fins.az xəbər verir ki, APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 3 mlrd. 958 mln. 926,03 dollar və ya 54,48% çoxdur. Ötən 5 ay ərzində idxal əməliyyatları 3 mlrd. 855 mln. 338,54 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 1 mlrd. 38 mln. 471 min dollar və ya 36,87% çoxdur. Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 7 mlrd. 370 mln. 539,66 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2 mlrd. 920 mln. 455,03 min dollar və ya 65,63% çoxdur.

Nəticədə 3 mlrd. 515 mln. 201,12 dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 5 ayı ilə müqayisədə 1 mlrd. 881 mln. 984,03 min dollar və ya 2,15 dəfə artım deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258