BİZNES

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi məlum olub
19 İYUN
458

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi məlum olub

2018-06-19 18:37:00

Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 430 mln. 516,8 min dollar olub. Fins.az məlumatına görə, APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,8% təşkil edib.

Cari ilin ilk beş ayı ərzində Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra 3-cü ən böyük ticarət tərəfdaşı olub.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 162 mln. 743.6 min dollarlıq məhsul idxal edib. Azərbaycandan qonşu ölkəyə isə 267 mln. 773,1 min dollar dəyərində məhsul ixrac olunub.

Yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 4 mlrd. 895,6 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 24,5% çoxdur.

Qonşu ölkənin ixracı 28% artaraq 1 mlrd. 284,7 mln. dollar, idxalı isə 23,4% artaraq 3 mlrd. 610,9 mln. dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255