BİZNES

Hər ay bu ölkədən olan vətəndaşlar Azərbaycanda şirkət açırlar
13 İYUN
505

Hər ay bu ölkədən olan vətəndaşlar Azərbaycanda şirkət açırlar

2018-06-13 18:25:00

Ölkəmizdə biznes mühitinin olduqca əlverişli olması xarici investorların ölkəmizə marağını artırıb. İnvestorlarının marağı artan əcnəbi vətəndaşlardan biri də İran İslam Respublikasından olan iş adamlarıdır. Belə ki, son zamanlar ölkəmizdə şirkət açan iranlıların sayı çoxalıb. Fins.az Vergilər Nazirliyinə istinadən bu ay ölkəmizdə MMC- açan xarici vətəndaşlarının siyahısını təqdim edir.

Semin MMC –nin hüquqi ünvanı  AZ1052  Bakı şəhəri Nərimanov rayonu  Əhməd Rəcəbli mənzil  ev 11 mənzil 10A.dır. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçi Lari Samin Ajdar adlı İran İslam Respublikasının ətəndaşıdır.

Yeni yaradılmış SVV Traders MMC-nin hüquqi ünvanı  AZ1034 Bakı şəhəri , Sabunçu rayonu , Anaşkin ev  ev 39 V də yerləşir. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Şirkətin rəsmi təmsilçisi Pakistan vətəndaşı Muhammad Salman Ali Vyastidir.

Sapura  Energy B.V  şirkətinin Azərbaycan Respublikasındakı  filial qeydiyyat nömrəsi  AZ1033 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətullah ev 42 A, mənzil 23-də yerləşir. Şirkətin qanuni təmsilçisi  Mamidanna Ravisankar Venkatadır.

Nizamnamə kapitalı 100 manat olan “İM PA” MMC-nin qeydiyyat ünvanı  AZ1100 Bakı şəhəri , Yasamal rayonu, Nazim Hikmət ev 32 mənzil 8 yerləşir. Şirkətin qanuni təmsilçisi İran vətəndaşı Molouki Mahmoud Abolfazldı.

Fins.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, yeni yaradılmış “Yaşılqızılaz” MMC-nin hüquqi ünvanı AZ1133 Baki şəhəri Suraxanı rayonu , yaşayış sahəsi D  ev 9 A, m 445,  giriş – mərtəbə 19-da yerləşir. Şirkətin nizamnamə kapitalı 100 manatdır. “Yaşılqızılaz” MMC-nin qanuni təmsilçisi İran vətəndaşı Khora Sani Sepehr Gholamrezadır .

Group Corparation MMC-nin hüquqi ünvanı  AZ1072 Bakı şəhəri Nərimanov rayonu , Koroğlu Rəhimov küçəsi ev 22-də yerləşir. Şirkətin nizamnamə kapitalı 20 manatdır.  Qanuni təmsilçisi isə Qazağıstan vətəndaşı  Balkyebekov Mirzhan dır.

“Az Teknika Group”şirkətin qanuni təmsilçisi İran İslam Respublikasının vətəndaşı Pourzadi  Gholamnos Sein Mohammed Hosseindi.  Şirkətin nizamnamə kapitalı 10 manatdır.

Elen Rad MMC  qanuni təmsilçisi İran İslam Respublikası vətəndaşı Radizenoz Hamid Yadollahdır. Şirkətin qanuni ünvanı  AZ1014, Bakı şəhəri Nəsimi rayonu  Rəşid Behbudov  ev 25 m 1 –də yerləşir. Nizamnamə kapitalı isə 10 manatdır.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251