BİZNES

Prospect ERP Veysəloğlu Şirkətlər Qrupunda növbəti təlimi keçirdi
21 İYUN
266

Prospect ERP Veysəloğlu Şirkətlər Qrupunda növbəti təlimi keçirdi

2018-06-21 09:00:00

Bir müddət öncə Prospect ERP şirkətinin Veysəloğlu Şirkətlər Qrupunda tətbiq etdiyi İntellektual İnsan Resurslarının (HRM) idarədilməsi həllinin “İşə qəbul” modulunun istifadəsinə başlanılması üçün təlim xarakterli görüş keçirilmişdi.

İki şirkət arasında uğurlu əməkdaşlığın davamı olaraq Prospect ERP-ə məxsus HRM sisteminin növbəti - “Təlim” modulunun istifadəsinə başlayan Veysəloğlu Şirkətlər Qrupunda bu istiqamətdə növbəti təlim xarakterli görüş təşkil edilib.

Araz Supermarketlər Şəbəkəsinin Təlim və Tədris mərkəzində təşkil edilmiş görüşdə Şirkətlər Qrupunun Təlim və İnkişaf Departamenti - Təlim və İnkişaf şöbə müdiri Günel İsmayılova başda olmaqla  bütün təlimçi heyəti iştirak edib.

Görüş müddətində “Təlimin planlaşdırması” modulunun “Təlimin Sifarişi” imkanı sayəsində istənilən müəssisə və təşkilatın bütün bölmələrindən istənilən miqyasda və istənilən ehtiyaca uyğun təlim sifariş edilməsi, sifariş edilən təlimlərin “Təlimin planlaşdırılması” imkanı vasitəsilə  formalaşdrılması, keçirilmiş təlimlərin bütün iştirakçılar tərəfindən “Təlimin dəyərləndirilməsi” imkanına əsasən dəyişəbilən bal sistemi vasitəsilə dəyərləndirməsi və nəticədə bütün təlimlər və eyni zamanda təlimçilər və iştirakçılar haqqında istənilən sayda və istənilən məlumatlarla bağlı “Analitik Hesabatlar” imkanı vasitəsilə istər cədvəl istərsə də vizual qrafik hesabatlar almaq imkanlarının üstünlüklərindən danışılıb.

Həmçinin sistemin əsas üstünlükləri qeyd edilərək bildirilib ki, proqram sayəsində istifadəçilərin istənilən zaman sadəcə bir kliklə qüvvədə olan və olmayan bütüm təlimlərlə tanış olmaq, təyin olunmuş, imtina edilmiş, vaxtı dəyişdirilmiş, dəyərləndirilmiş və s. kimi təlimlər haqqında bildiriş almaq və eyni zamanda bu bildirişləri yalnız sistem deyil, həm də mail vasitəsilə almaq imkanları var.

Geniş müzakilərərin aparıldığı bir neçə saat ərzində istifadəçilərin bütün sualları cavablandırılaraq, onlara sistemdən istifadə zamanı maraqlı ola biləcək bütün detallar izah edilib.

Sonda təlimin gedişatında maraqlı fikirlər bildirən Günel İsmayılova - “Əvvəllər təlimlərlə bağlı hesabatları əldə etmək üçün bir neçə “excell” və başqa cədvəl nümunələrindən istifadə etməyə məcbur idiksə, indi isə bir kliklə istənilən hesabatı saniyələr ərzində görə bilirik. Bu isə bizim üçün böyük vaxt qazancı yaradır” - deyə,  tətbiq olunan Təlim modulundan razılığını ifadə edib.

Müştərilərini sərmayə geri dönüşü ilə razı salmağa, sahibkarların problemini doğru yerdən həll etməyə çalışan Prospect ERP şirkətinin İntellektual İnsan Resurslarının idarəedilməsi həlli  Dövlət və hakimiyyət orqanları, bank və sığorta sektoru, pərakəndə və topdan satış mərkəzləri, elm və təhsil ocaqları, tibb və səhiyyə sahəsi və s. bir çox aspektdə fəaliyyət göstərən qurumların istənilən əməkdaş heyətinin istənilən ehtiyacına uyğun istehsal etdiyi proqram təminatı qüsursuz və uğurlu biznes alətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255