BİZNES

Bu gün Səhiyyə işçilərinin peşə bayramı günüdür!
17 İYUN
1821

Bu gün Səhiyyə işçilərinin peşə bayramı günüdür!

2018-06-17 09:00:00

“Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə insandan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”

A.P. Çexov kimi bir çox yazıçılar, elm adamları, filosoflar da hər zaman tibb elmi, tibb işçiləri haqqında göz oxşayan misralar yaratmışlar. Həqiqətən ən xoş sözlərə layiq olan bu peşə və sahibləri hər zaman hər bir şəxs üçün güvən nöqtəsidir.

Bu güvənin nəticəsidir ki,hər il iyunun 17-si, Azərbaycan Prezidentinin 4 iyun 2001-ci il Sərəncamına əsasən Azərbaycanda tibb işçilərinin peşə bayramı günü qeyd olunur.

Ölkə rəhbərliyinin fəaliyyətində hər zaman ən ümdə məsələlərdən biri olan Səhiyyə sahəsi Azərbaycanda son illər ərzində daha da inkişaf edib. Açılan yeni klinikalar, səhiyyə ocaqları, mərkəzi xəstəxanalar bunlara bariz nümunədir.

Tibb sektoruna olan diqqətin davamı kimi səhiyyənin inkişafında ən önəmli pay sahiblərindən biri olanyerli proqram təminatı istehsalçısı Prospect ERP bütün səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edir, həkim əməyinə yüksək dəyər verərək onlara fədakar və xeyirxah fəaliyyətlərinə görə təşəkkür bildirir, məsuliyyətli və müqəddəs olan peşə fəaliyyətlərində uğurlar arzulayır.

Uzun müddətdir uğurla  çalışdığı səhiyyə sektorunda xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə hədəflənmiş sənəd dövriyyəsi, insan resursları, layihələr, müştəri münasibətləri və s. sahələrdə  ana dilində ERP həllər tətbiq etməklə tibbi xidmətlərin keyfiyyətinin artırılmasına və müasir standartlara cavab verən idarəetmənin qurulmasına öz tövhəsini vermişdir.

AR Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən “103”“113” qaynar xətlərində tətbiq edilən Çağrı Mərkəzi sistemi ölkə əhalisinə daha da keyfiyyətli xidmət göstərməklə yanaşı, 7/24 rejimində işləyərək əhalidən gələn istənilən zəngi operativ şəkildə qəbul etmək iqtidarındadır.

Hətta bu barədə öz fikirlərini bölüşən “103” TTYS-nin baş həkimi Rauf Nağıyevin sözlərinə görə qaynar xətdə quraşdırılıan bu Çağrı Mərkəzi demək olar ki, nöqsansız fəaliyyəti ilə daxil olan hər bir zəngin emalında operatorların ən böyük köməkçisidir.


Prospect ERP-nin uğurla əməkdaşlıq etdiyi digər Səhiyyə qurumlarının sırasında RDM (Respublika Diaqnostika Mərkəzi) Elektron Səhiyyə portalı da yer alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256