BİZNES

Azərbaycanda qeyri-neft sektoruna investisiyalar 39% artıb
13 İYUN
1380

Azərbaycanda qeyri-neft sektoruna investisiyalar 39% artıb

2018-06-13 15:56:00

2018-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5240,8 mln. manat vəsait yönəldilib. Fins.az -ın məlumatına görə, “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu vəsaitin 2 887,1 mln. manatı və ya 55,1%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 39,3% artıb.

Ümumi sərmayənin 72,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 73,1%-i məhsul istehsalı obyektlərinin, 20,8 %-i xidmət sahələri üzrə obyektlərin, 6,1 %-i isə ümumi sahəsi 640,8 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. 

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 53,7%-ini əhatə edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 53,9%, bank kreditləri 15,7%, büdcə vəsaitləri 23,6%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 0,8%, sair vəsaitlər isə 0,6% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257