BİZNES

SOCAR-ın nizamnamə kapitalı kəskin artırılacaq
12 İYUN
277

SOCAR-ın nizamnamə kapitalı kəskin artırılacaq

2018-06-12 18:17:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nizamnamə kapitalı artırılacaq. Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Layihəyə əsasən, SOCAR tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “babək” yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədi ilə dövlət dəstəyi olaraq SOCAR-ın nizamnamə kapitalının artırılması üçün 663,2 mln. manat və idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün şirkətə 300 mln. manat subsidiya olmaqla cəmi 963,2 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, 2016-cı ilin dekabrın 31-nə olan məlumata görə, SOCAR-ın nizamnamə kapitalı 1 mlrd. 802 mln. manat təşkil edib. Bununla da SOCAR-ın nizamnamə kapitalı 36,8% artırılır.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267