BİZNES

Alicənablıq, zəriflik və nəzakətliyin ideal HARMONİYASI – "The Land of Legends Theme Park"
11 İYUN
1066

Alicənablıq, zəriflik və nəzakətliyin ideal HARMONİYASI – "The Land of Legends Theme Park"

2018-06-11 17:40:00

2016-cı il iyulun 1-də Antalya əyalətində yerləşən Belek şəhərində, təkrarolunmaz "The Land of Legends Theme Park" tematik parkının təntənəli açılışı olub. 

Dünyanın ən məşhur "Circus du Soleil" şousunu nümayiş etdirən Franko Dragonun iştirakı ilə hazırlanan parkın eksklüzivliyi və unikallığını gözoxşayır.

Ailə istirahətinə tamamilə yeni baxışı əks etdirən əyləncə parkının yaradılmasında bu iki şirkətin əməkdaşlığı çox möhtəşəm və uğurla alınıb. "The Land of Legends Theme Park" qonaqların səyahətində ən parlaq xatirələr kimi  həkk olunacaq.

"The Land of Legends Theme Park"da hər bir yaşda olan uşaqların və onların valideynlərinin zövq ala biləcəyi, diqqətlə düşünülmüş, bir sözlə, inanılmaz bir aləm mövcuddur. Bura, xüsusi olaraq "The Land of Legends Theme Park" üçün hazırlanmış obrazların yaşadığı bütöv bir krallıqdır. Qonaqlar saatda 86 km sürətlə düşə biləcəkləri 43 m hündürlüyə malik su təpələrini, həmçinin, sörfinq üçün yüksək texnologiyalı hovuzu və əsl dalğa imitasiyasına malik inanılmaz su dünyasını ziyarət etmək istəyəcəklər. Hovuzdan sonra, paltarını dəyişmədən, istənilən mövzuda 5D film izləmək üçün kinoteatra getmək mümkündür. Və bu yalnız inanılmaz macəraların başlanğıcıdır. Qarşıda hələ Əfsanələr Qülləsi və "The Land of Legends Theme Park”ın musiqi dünyasının ziyarəti var. Axşam isə bütün gün qonaqları əyləndirən personajların təqdim etdiyi möhtəşəm şoudan zövq alacaqsınız. Və bütün bunlar parkımızın qonaqlarını gözləyən sürprizlərin yalnız kiçik bir hissəsidir. 

"Legends of the Theme Park" qonaqlara yalnız sehrli fantaziya dünyasının inanılmaz atmosferinə qərq olmaq deyil, eyni zamanda  möhtəşəm teatr tamaşasının iştirakçısı olmağı təklif edir. "The Land of Legends Theme Park" mehmanxanasının əsas görməli yerlərindən biri Avropada ən böyük “Su Dünyası” hesab olunur. Burada həm saysız hesabsız su atraksionları, həm sörfinq üçün hovuz, həmçinin 2 m hündürlüyə malik dalğaları imitasiya edən hovuz vardır. Dalğalar haradan çıxdı, inanılmazdır? Sən demə, hovuzun yaxınlığında nəhəng bir vulkan püskürür. Belə emosiyalardan sonra ən yaxşısı gəmidə səyahət etmək, sonra isə suyun altına qərq olaraq zəngin sualtı aləmlə tanış olmaq vaxtıdır. Və yalnız bütün bu aktiv əyləncələrdən sonra, bütün ailə ilə birlikdə gələcək məcaralara güc toplamaq üçün qızdırılmış hovuzda dincəlməyə getmək olar.

"The Land of Legends Theme Park”da istirahət formatlarının müxtəlifliyini təsvir belə etmək mümkün deyil. Burada aktiv və hətta dəlisov istirahət zonaları ilə bərabər, səs-küylü əyləncələrdən uzaq, səssizlik və sakitlikdən zövq ala biləcəyiniz sakit yerlər də mövcuddur.

"The Land of Legends Theme Park" nağıllar krallığı ilk baxışda, xüsusi olaraq uşaqlar üçün layihələndirilərək yaradılıb. Həqiqətən, əyləncə parkı öz mövzularında nağıllardan və əfsanələrdən ilham götürür. Lakin məhz bu, təkcə uşaqların deyil, həm də uşaq xəyallarına dalmaq istəyən böyüklərin də iştirakını nəzərdə tutan əyləncə proqramlarının tamamilə yeni səviyyəsinə qalxmağa imkan verir. 

Standart və lüks tipli rahat otaqlar belə Playstation, Braso Vidiom kimi müasir, əyləncəli avadanlıqlarla təchiz olunub. Restoranlar və Barlar, SPA və fitness mərkəzləri və bir çox digər əyləncələr, "Legends Theme Park"ında unudulmaz günlər keçirməyə imkan verəcək.

Parkın yeni mərhələsinin ən diqqətəlayiq atraksionudur: Hyper Coaster – 61 m hündürlüyə və 115 km sürətə malik olub, dünyada beş ən böyük amerika təpəsindən biridir. Beləliklə, Türkiyənin ən böyük əyləncə parkı, sizə və yaxınlarınıza unudulmaz bayram bəxş edəcək.

"The Land of Legends"də Avropanın ən böyük sirki olan Şapito – Buzda möcüzələr, Adrenalin sirki və Shaman kimi rəqs şoularına ev sahibliyi edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254