BİZNES

Avtomobil nəqliyyatı ilə daşınmalardan əldə olunan gəlir məlum olub
11 İYUN
214

Avtomobil nəqliyyatı ilə daşınmalardan əldə olunan gəlir məlum olub

2018-06-11 17:46:00

Ötən il avtomobil nəqliyyatı ilə daşımalardan əldə olunan gəlir 1 mlrd.  273,879 mln. manat təşkil edib. Fins.az "APA-Economics"-a istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyiyanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

H. Həsənovun sözlərinə görə, ötən il bu sahə üzrə orta aylıq nominal əməkhaqqı təxminən 600 manat olub.

“Ötən il avtomobil nəqliyyatı ilə 144 milyon 854 min ton yük, 1 milyard 739 milyon 726 min nəfər sərnişin daşınıb. Göstərilən statistik rəqəmlər ölkə iqtisadiyyatının inkişafında avtomobil nəqliyyatının rolunun əyani göstəricisidir,” - deyə H. Həsənov vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267