BİZNES

2018-ci ilin ilk rübündə Azərbaycanın Gürcüstana yatırdığı investisiyanın məbləği məlum oldu
11 İYUN
325

2018-ci ilin ilk rübündə Azərbaycanın Gürcüstana yatırdığı investisiyanın məbləği məlum oldu

2018-06-11 11:25:00

Bu ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 51 mln. dollar həcmində investisiya yatırıb. Fins.az APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadla xəbər verir ki, yanvar-mart aylarında investisiyaların həcminə görə Azərbaycan Gürcüstanın ikinci ən böyük investoru olub. Qonşu ölkəyə yatırılmış ümumi birbaşa xarici investisiyaların 18,2%-i Azərbaycanın payına düşüb.   

Hesabat dövründə Gürcüstanın bir nömrəli investoru 82,7 mln. dollarla Böyük Britaniya olub. Qonşu ölkənin üçüncü ən böyük investoru isə Çindir (41,6 mln. dollar).

Yanvar-mart aylarında qonşu ölkəyə ümumilikdə 279,3 mln. dollar həcmində investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,9% azdır.  Ən böyük investisiyalar maliyyə (110,6 mln. dollar), tikinti (69,1 mln. dollar) və istehsal (40,2 mln. dollar) sahələrinə yatırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257