BİZNES

2018-ci ildə texnoloji lider şirkətin adı məlum olub – Forbes
09 İYUN
436

2018-ci ildə texnoloji lider şirkətin adı məlum olub – Forbes

2018-06-09 01:56:00

Forbes 2018-ci ilin “Global 2000” ən böyük texnoloji şirkətlərinin reytinqini tərtib edib. Fins.az xəbər verir ki, bu il 10 ən böyük texnoloji şirkətdən 7-si ABŞ məxsusdur. Ötən il bu rəqəm 8 idi. Siyahının lideri ötən il olduğu kimi bu ildə “Apple”dı Bu şirkətin gəlirləri 247.5 milyard dollar, mənfəəti isə 52 milyard dollar təşkil edir. Bundan başqa Applenin aktivləri 367.5 milyard dollar təşkil edib ki, bu da şirkətə 927 milyard capital əldə etməklə onu birinci edib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Ümumilikdə “Forbes Global 2000”-in siyahısında 18 ölkədən 130 şirkət adı yer alıb. Siyahıda Asiya  59, ABŞ  isə 54 nəhəng şirkətlə təmsil olunub.

ABŞ təmsil edən şirkətlərdən ilk onluğa Apple, Microsoft, Alphabet (Google), Intel, IBM, Facebook, Oracle daxil olub.  Lakin bütün bunlara baxmayraq Cənubi Koreya şirkəti digər ABŞ şirkətlərini geridə qoyaraq “gümüş medalı” qazana bilib. Samsungun illik gəlirləri 225 milyard dollar təşkil edib.  Xalis mənfəət 41 milyard dollar olub. Samsungun aktivləri isə 293 milyard dollar olub ki, buda Samsunga kapitalını 326 milyard dollar etməyə imkan verib.

Bu il ən varlı texnoloji şirkətlərin top onluğuna Çinin Tencent  və Hon Hai Precision Industry şirkətləri də daxil olmağı bacarıblar.

Siyahıda ilk dəfə adı yer alan isə Spotify olub. Şirkət bu ilin aprelində dünya birjalarına çıxmağı bacarıb. Spotify musiqi striminq xidməti göstərir. 108-ci pillədə yer alan şirkətin kapitalı isə 27 milyard dollar təşkil edir.

Forbes Global 2000 reytinqi  şirkətlərin gəlir, mənfəət, aktivləri, kapitalı və digər maliyyət göstəricilərinə görə hazırlanır. 2018-c ildə bu reytinqə 60 ölkədən bir çox şirkətlərin adları salınıb. Lakin siyahıda yalnız ən qabaqcıl təmsilçilər yer alıb. 60 şirkətin ümumi məcmu dövriyyəsi  39.1 trillion dollar, gəlirləri 3.2 trillion dollar, ümumi aktivləri 189 trillion dollar, məcmu kapitalı isə 56.8 trillion dollar təşkil edib.

 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267