BİZNES

PwC-nin apardığı sorğulara əsasən Azərbaycanda CEO-ların sayı yüksəlib
05 İYUN
295

PwC-nin apardığı sorğulara əsasən Azərbaycanda CEO-ların sayı yüksəlib

2018-06-05 14:19:00

PwC-nin apardığı sorğulara əsasən Azərbaycanda önümüzdəki il üçün artım dinamikasının yaxşılaşdırılmasını proqnozlaşdıran CEO-ların sayı iki dəfə yüksəlib. Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının “Aİ-Azərbaycan Biznes Forumu”nda açılış nitqi zamanı bildirib. O qeyd edib ki, Azərbaycan iqtisadiyyatı son böhrandan müsbət nəticələr çıxarıb, həm özəl, həm də dövlət sektoru strateji, biznes və əməliyyat modellərini yeniləyib. İqtisadiyyat isə yeni tarazlıq səviyyəsinə uyğunlaşdırılıb. Bakı-Tbilis-Qars dəmiryolunun işə salınması, “Yeni Əsrin Müqaviləsi”nin imzalanması və Cənub Qaz Dəhlizinin inaqurasiyası onu göstərir ki, Azərbaycan dünyada ən cəlbedici investisiya məkanlarından biri kimi mövqelərini qoruyur, eyni zamanda Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən şəkillənməsində mühüm rol oynayır. Azərbaycan iqtisadiyyatının davamlı inkişafı onun sabit maliyyələşmə mənbəyi olaraq maliyyə-bank sektorunun da canlanmasını şərtləndirir. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256