BİZNES

Azərbaycan sahibkarlarına verilmiş investisiya təşviqi sənədinin dəyəri məlum olub
04 İYUN
343

Azərbaycan sahibkarlarına verilmiş investisiya təşviqi sənədinin dəyəri məlum olub

2018-06-04 14:26:00

Son iki il ərzində Azərbaycan sahibkarlarına hökumət tərəfindən 271 layihə üzrə dəyəri 2 milyard manatdan çox olan investisiya təşviqi sənədi verilib. Fins.az vergiler.az saytına istinadən bildirir ki, ixrac təşviqi mexanizminin işə düşməsi sayəsində sahibkarların maliyyə imkanları yaxşılaşıb, yerli qeyri-neft istehsalının və qeyri-neft ixracının həcmi əhəmiyyətli dərəcədə artıb, ixracqabiliyyətli yeni məhsulların istehsalı və çeşidi yüksəlib.

Təkcə 2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 8 milyard 677 milyon dollardan artıq olub, mal mübadiləsində ixracın həcmi 5,6 milyard dollar təşkil edib. İxracda qeyri-neft məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizdən çox artıb.

Təşviq sənədi əldə etmiş sahibkarların böyük əksəriyyəti qeyri-neft məhsullarının ixracı ilə məşğul olanlardır. Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması, qida məhsullarının xüsusi nəqliyyat vasitələri ilə daşınması, bağçılıq, bostançılıq, çayçılıq, heyvandarlıq, sənaye üsulu ilə balıq yetişdirilməsi, qida məhsullarının və içkilərin, tütün məmulatlarının, toxuculuq sənayesi məhsullarının istehsalı ilə məşğul olanlar daha çox investisiyalarla təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255