BİZNES

Bu model alternativsizlər sırasındadır
04 İYUN
166

Bu model alternativsizlər sırasındadır

2018-06-04 10:27:00

Android əməliyyat sistemi ilə çalışan Grandstream GXV3275 videokonferensiya üçün çoxplatformalı həll təmin eden son İP telefondur.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

GXV3275 Grandstream markasının ən son İP telefonu olaraq videokonfrans imkanlarını rahat interfeys ilə birləşdirən universal ünsiyyət həllini təklif etdiyini iddia edir. Lakin bu iddialarda nə qədər həqiqət var? Bunu bilmək üçün məhsulu nəzərdən keçirməyə və yoxlamağa qərar verdik ki, görək dünyanın qabaqcıl telefoniya istehsalçılarından biri olan Grandstream-in yüksək keyfiyyətli biznes İP telefonları onun nüfuzuna nə dərəcədə uyğun gəlir.

Bu telefonlar nece görünür?

Planşet interfeysli GXV3275, tam Android funksionallığını, HD video zəng üçün nəzərdə tutulmuş 7 düym sensor TFT LCD displeyli ekran və CMOS meqapikselli quraşdırılmış kamera təklif edir. Bu ekrandan istifadəçilər zəng edə, veb-səhifələrə baxa və fərdi planşetdə istifadəsi mümkün bütün əsas funksiyaları əldə edə bilərlər.

İş prinsipi necədir?

İstifadəçilər hər bir GXV3275 telefonu 6 xətt və 6 SIP hesabı dəstəkləyən və Google Play Store-a tam girişi olan və hətta məhsuldarlığı artıran xüsusi Android tətbiqləri yaratmaq imkanı ilə Android 4.2-də işləyirlər. Bununla yanaşı hər cihazda quraşdırılmış TLS və SRTP şifrələmə texnologiyası bütün zənglər və hesabların hər zaman qorunmasını təmin edir.

Səs keyfiyyəti baxımından GXV3275 həm səsgücləndiricidə, həm də telefonda maksimum aydınlıq təmin etmək üçün HD-səslə təmin olunub və bir düyməyə toxunmaqla müştərilər və həmkarlarla ikitərəfli audio-konferensiya zəngləri vasitəsi ilə asanlıqla əlaqə yaratmağa imkan verir.

Quraşdırılmış Bluetooth və WiFi funksiyaları ilə GXV3275 istifadəçiləri WiFi giriş nöqtəsindən İnternetə qüsursuz şəkildə qoşula və mobil cihazlarını telefon kitabçaları və təqvimlər ilə inteqrasiya etmək üçün asanlıqla birləşdirə bilər.

Əlavə video dəstəyi üçün GXV3275 Mini-HDMI çıxışları cihazı televizor və ya kompüter monitoruna birləşdirir və quraşdırılmış Power over Ethernet (PoE) funksiyaları telefonun tam qutudan işləməyə hazır olduğunu təmin edir, beləliklə də heç bir quraşdırmaya ehtiyac olmur.

Ən çox bəyənilən funksiyası hansıdır?

Video konfrans üçün bir telefon olaraq, ən əhəmiyyətli funksiyası mikrofonun və kamera imkanları olmasının lazım olduğunu hesab edirik - GXV3275 bu sahədə də bizi məyus etmir. Həm səsi həm görünüşü büllur kimi təmiz olan zənglər rahat keçir və Android interfeysi hər bir söhbətin yüksək səviyyədə olduğunu hiss etdirir.

Kimlər üçündür?

Xüsusiyyətləri zəngin, operativ və etibarlı “hamısı birində” video konfrans həlli axtaran, böyük və ya kiçik hər hansı bir şirkət və ya müəssisələrə GXV3275 investisiyaya bərabər böyük bir fayda verəcəkdir.

Məhsulu necə əldə etmək olar?

Məşhur ABŞ brendi olan Grandstream-in Azərbaycan üzrə rəsmi satış təmsilçisi Grandstream Azərbaycan şirkətidir. Şirkət məhsulların hər birinə orijinallıq zəmanəti verməklə yanaşı, büdcənizə uyğun qiymət təklif edir. Həmçinin cari ilin sonuna qədər Grandstream məhsul kataloqunda yer alan hər bir məhsula 15% endirim nəzərdə tutulub.

Məhsulu əldə etmək üçün +99412 310 21 21 / +99477 277 24 77 nömrələrinə zəng etməyiniz və yaxud office@grandstream.az ünvanına mail yazmağınız kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267