BİZNES

“Mətanət A” Şirkətindən daha bir sosial layihə
02 İYUN
670

“Mətanət A” Şirkətindən daha bir sosial layihə

2018-06-02 13:21:00

İntellektli, geniş dünyagörüşünə malik, vətənpərvər gənclik güclü dövlət deməkdir. Yarandığı gündən məhz bu prinsipi əsas tutan, dövlətimizin daha da güclənməsinə öz tövhəsini verməyi qarşısına məqsəd qoyan “Mətanət A” şirkəti bu qəbildən növbəti tədbirini keçirib. Təmas xəttinə yaxın yerləşən Tovuz rayonunun bir sıra orta məktəblərində 8, 9, 10, 11 – ci  sinif şagirdləri üçün "Uşaq hüquqları uşaqların dilində" adı altında təlimlər keçirilib. Təlimlər 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Təlimlərdə Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində görülən işlər, bununla bağlı qanunvericilik bazası, Azərbaycanın uşaq hüquqları ilə bağlı qoşulduğu beynəlxalq konvensiyalar məktəblilərə əhatəli şəkildə izah edilib. Uşaqlara onların hüquqları və bu hüquqların pozulması hallarında onların müdafiəsi yolları başa salınıb, ölkənin hüquq-müdafiə sisteminin daim onları qorumağa  hazır olduğu qeyd edilib. Həmçinin bildirilib ki, işğalçı Ermənistanla təmas xəttinə yaxın yerləşən bu rayonda zaman – zaman uşaqların hüququ məhz üzdəniraq qonşumuz tərəfindən də pozulur. Belə məqamlarda Azərbaycanın qoşulduğu uşaq hüquqlarına dair beynəlxalq konvensiyalar uşaqların  işğalçı ölkəylə bağlı beynəlxalq məhkəmələrə müraciət etmələrinə də imkan verir. Təlimlər maraqlı disskusiya şəraitində keçib. Uşaqlar hüquqları ilə bağlı müxtəlif suallara cavab tapıblar. 

Təlimləri “Mətanət A” şirkətinin gənc hüquqşünası Gülxanım Xəlilova keçib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256