BİZNES

Azərbaycanın Rusiya iqtisadiyyatına yatırdığı investisiyanın məbləği məlum olub
31 MAY
265

Azərbaycanın Rusiya iqtisadiyyatına yatırdığı investisiyanın məbləği məlum olub

2018-05-31 16:45:00

Azərbaycanın Rusiyaya investisiyalarının ümumi həcmi bir milyard dolları ötür. Fins.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Həştərxanda Azərbaycan iş mərkəzinin açılışı mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir əlavə edib ki, Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları dörd milyard dollara çatıb:

“Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ona görə də təsadüfi deyil ki, Azərbaycan ilk ticarət nümayəndəliyini məhz Rusiyada açıb. İkitərəfli ticarətdə müsbət tendensiya müşahidə olunur. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 22 faiz artıb və iki milyard dollara çatıb. Bu ilin dörd ayı ərzində ticarət dövriyyəsi artıq 30 faiz artıb”.

Qeyd edək ki, bu gün Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Azərbaycanın Rusiyadakı ilk ticarət nümayəndəliyi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256