BİZNES

222,5 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub
31 MAY
344

222,5 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

2018-05-31 14:23:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin may sayı təqdim olunub. İcmalın bu sayında  göstərilir ki, 2018-ci ilin yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 485,3 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 19,3 faiz  artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2018-ci ilin ilk 4 ayı ərzində ixrac olunan qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (47,3 milyon ABŞ dolları), tomat (42,5 milyon ABŞ dolları) və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilenin (35 milyon ABŞ dolları) ilk 3 yer tutub. 

Ümumiyyətlə isə yanvar-aprel ayları ərzində meyvə-tərəvəz ixracı 111,1 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 45,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 44,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 18,4 milyon ABŞ dolları olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 4 ayı ərzində elektrik enerjisinin ixracı 2,9 dəfə,  pambıq ipliyi ixracı 37,4 faiz, kimya sənayesi məhsullarının ixracı 27,4 faiz, meyvə-tərəvəzin ixracı 27,3 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,6 faiz,  çayın ixracı 12,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,3 faiz artıb.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253