BİZNES

“SkarMart” şirkətinin filialları açılacaq?
31 MAY
151

“SkarMart” şirkətinin filialları açılacaq?

2018-05-31 14:09:00

“Krop-Pivo” pivəbişirmə zavodu və kənd təsərrüfatı məhsulları ixrac edən “SkarMart” şirkəti bu il ilk dəfə Azərbaycan bazarına məhsul göndərməyi planlaşdırırlar. Bu məqsədlə həmin şirkətlərin ölkəmizdə filiallarının açılması imkanları müzakirə olunur.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, Azərtac  bu barədə  Rusiyanın Krasnodar diyarının mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Krasnodar regionu müəssisələrinin Azərbaycana biznes-missiyası çərçivəsində keçirilən görüşlərdə danışılıb. İşgüzar səfərin təşkilatçısı regional icra hakimiyyəti orqanlarının köməyi ilə Krasnodar diyarının İxraca Dəstəyi Əlaqələndirmə Mərkəzi olub.

İşgüzar səfərdə diyarın kənd təsərrüfatı, tikinti, əczaçılıq, kimya və qida sənayesi üçün məhsullar istehsal edən ixrac yönümlü müəssisələrinin nümayəndələri iştirak ediblər.

Regional istehsalçılar biznes-missiya çərçivəsində Azərbaycan-Rusiya İşgüzar Şurasının icraçı direktoru Çingiz Məmmədyarovla görüşərək, öz məhsullarının Azərbaycan bazarında reallaşdırılması məsələlərini müzakirə ediblər.

Sərgilərə gedən və B2B-görüşlərdə iştirak edən Krasnodar diyarı müəssisələrinin nümayəndələri əməkdaşlığın mümkün perspektivlərini müzakirə edib ikitərəfli əlaqələr qurmaqla bərabər, gələcəkdə Azərbaycan şirkətləri ilə qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlıq münasibətləri qurmaq, onların bəziləri isə artıq təchizat barədə razılaşma əldə ediblər. Məsələn, “Krop-Pivo” pivəbişirmə zavodu və kənd təsərrüfatı məhsulları ixrac edən “SkarMart” şirkəti artıq bu il ilk dəfə Azərbaycan bazarına məhsul göndərməyi planlaşdırırlar və Azərbaycanda filiallarının açılması imkanlarını müzakirə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269