BİZNES

Hamının həsrətlə baxdığı, şəhərin mərkəzində yerləşən MTK-dan şikayət
30 MAY
1035

Hamının həsrətlə baxdığı, şəhərin mərkəzində yerləşən MTK-dan şikayət

2018-05-30 14:29:00

Hamının həsrətlə baxdığı, şəhərin mərkəzində yerləşən MTK-dan şikayət. Fins.az Azərbaycan İstehlakçılar Birliyinə “Fərəh MTK”dan daxil olan şikayəti təqdim edir. 

Azərbaycan İstehlakçılar Birliyinin sədri 
cənab Eyyub Hüseynova
D.Əliyeva küç.,235 A,m.40 ünvanında
yaşayan Y.T.Musazadə tərəfindən 
tel.(055) 453 99 69 
ŞİKAYƏT ƏRİZƏSİ

Şikayəti nəzərinizə çatdıraraq bu ərizəni İqtisadiyyat Naziri Şahin Musatfayevə təqdim etmişik.

Hörmətli Eyyub müəllim!
Mən Dövlət qulluğunun müşaviriyəm və yuxarıda göstərilən ünvanda yerləşən “Fərəh MTK” şirkəti tərəfindən inşa olunan binanın sakiniyəm. 
Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən mənə həmin binanın 9-cu mərtəbəsində mənzil hədiyyə olunub.
Gözəl görünüşü olan bu möhtəşəm binanın üç mərkəzi və bir yardımçı(fors-major hadisələr,yük daşıma və s.hallar üçün nəzərdə tutulan) girişi var. Lakin, sakinlər sınıq-sökük, kodu işləməyən, axşamlar qaranlıq və mühafizəsi olmayan, gözəl daşlar düzülmüş mərkəzi girişlərdən fərqli olaraq, səliqəsiz qırlanmış, daima naməlum təmir işləri aparılan yardımçı girişdən istifadə edirlər.
Üstəlik, əlində agır yükü olan sakinlərə taksini belə qapıya sürdürməyə icazə verilmir, yəni, mərkəzi girişin önündə düşüb yardımçı girişə qədər ayaqla gedirik. 
Kv/m 2500 manatdan satılan bu bina bir blokludur,amma, bloka daxil olan andan insan ağlamaq istəyir- liftlər bərbad vəziyyətdə, düymələr işləmir, sakinlərin istifadəsində olan liftdə zibil daşınır, çünkü yük daşıyan liftə pul verməsən, onu açmırlar. Nəticədə, sakinlər fəhlələrin daşıdığı avadanlıq və zibillə bir liftdən istifadə edir. 
Işıq kodlarımız qarışıqdır- belə ki, 40-cı mənzil 38, 39 –37 ödəyir(bütün mənzillər qarışıb), və odəniş zamanı sakinin soy adının əvəzinə naməlum yazılır, ödədiyin pul başqa mənzilin hesabına yazılır və s. Ən çətini də odur ki, ışiq saygacları binanın zirzəmisində yerləşir və sakinlər ödədiyi pulun oturduğunu və sərfiyyətini görə bilmlrlər. 
Böyük problemlərdən biri də binanın tez-tez dəyişilən məsul nümayəndələri, onların hakimiyyət və səllahiyyət davasıdır.Hal-hazırda Nəsimi MMMC adlandırılan bir qurum binaya “ rəhbərlik” edir.Lakin, bu barədə məlumat mənə 12 aprel tarixində poçt vasitəsilə çatdırılıb.Təbii ki, mənə müraciət olunmadığından, nə səsvermədə iştirak etmişəm,nə müqavilə imzalamışam.Aldığım məlumata görə,sakinlərin böyük qismi səsvermədə iştirak etməyib və müqavilə imzalamayıb . Narazılığını bildlrən, hüququnu bilən, haqqını tələb edən sakinlər”qara “ siyahıdadır, və onlar müxtəlif üsullarla “cəzalandırılırlar”- istifadə edə bilməsin deyə mərtəbəsində liftin düymələri söndürülür, suyu və ya işığı kəsilir, haqqında lazımsız dedi-qodular yer alır və s. 
Bunlara baxmayaraq, həmin tarixdən qanuna uyğun şəkildə,yəni,kv.m 35 qəpikdən kommunal xərcləri ödəmək istədikdə, mənə 50qəpikdən ödəmədiyim təqdirdə suyumu bağlamagla hədələdilər.
Seçilmədən özünü sədr elan edən Nurxan İsayev (tel.050 311 42 37) həyətdə mənə təhqiredici sözlər deyərək,suyumu bağlatdırdı ,heç bir səlahiyyəti olmayan Mübariz Bayraməliyev (tel.050 221 43 48) isə artıq neçə gündür məni telefonla və həyətdə yolumu kəsməklə narahat edir.
Bütün bunlar Ramazan ayında baş verir! 
Məlumat üçün bildirirəm ki ,kommunal xərcləri –işıq,su,qaz, telefon,internet,TV,bələdiyyəyə torpaq pulunu vaxtinda və qanuna uyğun şəkildə ödəyirəm,eyni zamanda kombi işlədirəm , və bu səbəbdən qazanxananın istilik sistemindən (isti su və isitmə) istifadə etmirəm. 
Mən bitib-tükənməyən problemlərin yalnız bir qismini nəzərinizə çatdırdım.Binanın bir çox sakinləri tərəfindən müxtəlif hüquq-mühafizə orqanlarına şikayət ərizələri göndərilib.
Bu şəxslər nəyə cavabdehdirlər,yalnız qanunsuz şəkildə kommunal xidmətlər üçün pul yıgmağa?! O zaman sual yaranır:”Hansı kommunal xidmətlər nəzərdə tutulur?”.
Hörmətli Eyyub müəllim!
Sizin insanların hüquqlarinin qorunması naminə gördüyünüz işlər göz gabağındadır. Qeyd etdiklərimin araşdırılmasını, qarşılaşdığım haqsizlıq və hörmətsizliyə son qoyulmasını, hüquqlarımın bərpasının təmin edilməsinə köməklik göstərməyinizi,bu barədə aidiyyəti Dövlət orqanlarına və KİV-və məlumat verməyinizi Sizdən xahiş edirəm və əvvəlcədən minnətdarlığımı bildirirəm.

Hormətlə: Y.Musazadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253