BİZNES

"Narıncı Mebel" MMC-dən şikayət
30 MAY
685

"Narıncı Mebel" MMC-dən şikayət

2018-05-30 14:23:00

"Narıncı Mebel" MMC-dən sikayət - Ehtiyatlı olun!
Təqdim olunan şikayəti danısıq yolu ilə həll edə bilmədik!
"Azad İstehlakçılar" İctimai Birliyi (AİİB) uyğun məktub İqtisadiyyat Naziri Şahin Mustafayevə göndərildi.

«Azad İstehlakçılar Birliyi»nin sədri cənab Eyyub Hüseynova 
Bakı şəhəri Azərbaycan pr., ev 23, mənzil 4 ünvanında yaşayan Abdulova Elnarə Mirzə qızı tərəfindən 
Tel: 055-505-67-55; 050-376-10-64

Fins.az "Narıncı Mebel" MMC-dən Azad İstehlakçılar Birliyinə daxil olan şikayəti təqdim edir. 

ƏRİZƏ
Mən, Abdulova Elnarə Mirzə qızı internetdə baxıb öyrəndim ki, “Narincı Mebel” MMC VÖEN 1502509531 Bakı şəhəri, M.Hadi küçəsi 136 ünvanında yerləşən, (Bakı şəhəri, N.Nərimanov rayonu, Fətəli xan Xoyski pr., ev 106, m. 44. Tel: 579-85-32; 4793-65-21, VÖEN: 1502850931) “Mebel” MMC direktoru Kişibəyova Ülkər Vaqif qızının işlədiyi yerə getdim. (Ülkərin telefonu: 012-370-77-35 – ofis, mob. 077-772-02-00) “Mebel” MMC salonunda satıcı Rəvan Hacıyevlə söhbət etdik. Elə həmin gün, yəni 12 iyul 2017-ci ildə saat 1500 – 1600 radələrində “Narıncı Mebel” MMC direktoru Ülkər və onun işçiləri Rəvan bizim yaşadığımız evə gəlib dizayn və mebeli yerləşdirmək üçün həmin yerin ölçülərini götürdülər. Sonra mebelin tezliklə düzəldilməsinə və təhvil verilməsinə söz verdilər. Müqavilədə göstərildiyi kimi 20 gün müddətində gətirib quraşdıracaqlar. Həmin gün 12iyun 2017-ci il tarixdə saat 1900-2000radələrində MMC-nin direktoru Ülkər bizə zəng edib dedi ki, mən Sizin evinizin yanındayam müqavilə bağlamaq üçün sənədləri gətirmişəm. Bizə aidiyyəti olan müqaviləni, smetanı və kassa mədaxil ordeninin qəbzini verərək 1200 (bir min iki yüz) manat onun (Ülkərin)istəyinə uyğun olaraq pul verdik. 
Ülkər dönə-dönə bizə söz verdi ki, siz narahat olmayın, mən mebeli 20 gün müddətində hazırlayıb sizə təhvil verəcəyəm. Təxminən iki həftədən sonra Ülkər, Rəvan və Rəşad bizim evə gəldilər. 
Ülkər qışqır-bağır etməyə başladı ki, siz hələ mebeli qəbul etməyə hazır deyilsiniz. Sizin divarlar və döşəmələr xoşuma gəlmir, hamısı əyri-üyrüdür. Mənim ustalarım ideal şəraitdə işləməlidirlər. 
Direktor “Mebel MMC” Kişibəyova Ülkər mənə sifarişi 20 günə hazır olacağına söz vermişdir. Lakin buna baxmayaraq vaxtından bir ay müddət keçdi, nə mebel hazır oldu, nə də pul qaytarıldı. Biz dəfələrlə ona zəng edərək verdiyimiz pulun qaytarılmasını tələb etdikdə, Ülkər hər dəfə ayrı-ayrı bəhanələr gətirərək ona lazım olan vaxtı uzadmağa başlayır. Biz isə məcbur olub ona deyəndə ki, Sizdən polisə və digər dövlət orqanlarına şikayət edəcəyik dedikdə, o isə mən, “Narıncı Mebel” MMC-nin direktoru Kişibəyova Ülkər Vaqif qızıyam mən sizin kimlərini çox görmüşəm, mənəhədə-qorxu gəlməyin, mən heç kəsdən qorxmayıram, heç bir qanun tanımıram, bura Azərbaycandır. 
“Narıncı Mebel” MMC Bakı şəhəri, N.Nərimanov rayonu, Fətəli xan Xoyski pr., ev 106, m. 44. Tel: 579-85-32; 4793-65-21, VÖEN: 1502850931 Müqavilə №135, 12 iyul 2017-ci il Yuxarıda deyilənləri nəzərə alaraq mən, Abdullayeva Elnarə Mirzə qızı tərəfindən Bakı şəhəri Yasamal rayon Prokurorluğuna ərizə ilə bu barədə müraciət etdim və Bakı şəhəri, Yasamal rayonu Polis idarəsinə də bu barədə Ərizə ilə müraciət etdim. Çox təəssüf olsun ki, hər iki dövlət orqanı bu məsələni həll edə bilmədi
Hörmətli Eyyub müəllim!
Yuxarıda deyilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Qanunlarına əsasən mebeli mənə təhvil vermədiyi və verəcəyi barədə heç bir vaxt təyin etmədiyi üçün artıq mebel aldığımı nəzərə alaraq ödədiyim 1200 AZN-nin qaytarılmasına köməklik etməyinizi Sizdən artıq dərəcədə xahiş edirik. 
Sizdən xahiş edirik ki, bu haqda müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz ki, əhali aldadılmasın.

İmza: Abdulova Elnarə Mirzə qızı

Əlavə:
1. “Narıncı MEbel” müqavilə №135, Smeta və “Narıncı Mebel” MMC kassa mədaxil orderinin qəbzi (4 vərəq)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256