BİZNES

“Pasha Holding”in hotel şirkətlərinin rəhbərliyi dəyişdi
30 MAY
802

“Pasha Holding”in hotel şirkətlərinin rəhbərliyi dəyişdi

2018-05-30 13:29:00

“Abşeron Hotel Group”a və bir sıra digər hotel şirkətlərinə uzun müddət rəhbərlik etmiş Vüqar Rəhmətovu başqa şəxslər əvəz edib. Fins.az Banker.az-a istinadən xəbər verir ki,kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, “Abşeron Hotel Group” şirkətinin icraçı direktoru vəzifəsinə Corc Kobos təyin edilib. O, 2016-cu ildən “Pasha Holding”-in hotel qrupunda işləyir.

Səidə Baxşıyeva “Shahdag Hotel Company”, “Yeni İntourist Hotel Company”, “Yeni Bilgəh Hoteli” və “Baku Boulevard Hotel Company”-nin direktoru təyin olunub. O, həmçinin “Abşeron Hotel Group”-un maliyyə direktorudur.

Qeyd edək ki, “Abşeron Hotel Group” 1-i Türkiyədə olmaqla, 9 oteldən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259