BİZNES

SKMF sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
30 MAY
129

SKMF sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

2018-05-30 11:57:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zaqatala rayonunda işgüzar forum keçirib.Nazirlikdən verilən məlumata görə, tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Zaqatala rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib;

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

-kənd turizmi və otelin yaradılması;

-tütünçülük, çayçılıq, bağçılıq təsərrüfatlarının yaradılması;

-tütün emalı və quru tütün saxlanılması üçün anbar, fındıq və çay emalı, çörək istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273