BİZNES

Baronessa Nikolson:“CQD layihəsi geosiyasi kontekstdə Azərbaycanın böyük uğurudur”
29 MAY
214

Baronessa Nikolson:“CQD layihəsi geosiyasi kontekstdə Azərbaycanın böyük uğurudur”

2018-05-29 19:31:00

“Cənubi Qafqaz Dəhlizi layihəsi geosiyasi kontekstdə Azərbaycanın böyük uğurudur”. Fins.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniya baş nazirinin ticarət elçisi Baronessa Nikolson 25-ci Xəzər Neft-Qaz Sərgisi və konfransı çərçivəsində keçirilən qəbulda çıxışında deyib.

“Bu gün Azərbaycanın möhtəşəm uğurunu qeyd edirik. Gördük ki, bir düymənin işə salınması ilə ilk qazın Cənubi Qafqaz Dəhlizinə verilməsi mümkün olub. Bu, 11 ölkənin və SOCAR-ın, eləcə də digər şirkətlərin uğurudur. Bu layihə çərçivəsində çox yaxşı siyasi və texniki bacarıqlar toplanıb və gələcək layihələrdə istifadə edilə bilər”, - deyə o vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253