BİZNES

Neft əvəzinə futbol: Rusiya dünya çempionatından nə qədər qazanacaq
29 MAY
1190

Neft əvəzinə futbol: Rusiya dünya çempionatından nə qədər qazanacaq

2018-05-29 19:23:00

Bundan öncəki futbol üzrə dünya çempionatının ev sahibi Braziliyanın bu çempionatdan yaxşı pullar qazandığı heç kimə sirr deyil. Analitiklərin hesablamalarına görə Rusiyanın bu çempionatdan gəlirləri ötən ev sahibi ilə müqayisədə iki dəfə çox olacaq.

Digər ölkələrin təcrübəsi göstərir ki, belə yarışların keçirilməsinə xəeclər ilkin smetda göstərilən rəqəmləri  üstələyir. 

2010-cı ildə CARA-da keçirilən dünya çempionatına 3.12 milyard dollar xərclənib. Bu zaman ölkənin ÜMD 509 milyon dollar artım göstərib. 2014-ci ildə Braziliyada keçirilən dünya çempionatının xərcləri isə 15 milyard dollar təşkil edib ki, bu da ölkənin ÜDM artıraraq 13.4 milyard dollara çatdırıb.

Həmçinin araşdırmalardan o da bəlli olub ki, futbol üzrə dünya çempionatı keçirilən məkan yarışdan hələ 3 il sonra da turistlər üçün aktaul məkanlardan hesab olunur.

Hazırda Rusiyanın keçirəcəyi futbol üzrə dünya çempionatına xərcləri  13.2 milyard dollar hesablanıb. Çempionat zamanı Rusiyaya 500 min dən çox insanın səfər edəcəyi güman edilir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256