BİZNES

Coca-Cola yeni içkilər istehsal edib - ALKAQOLLU
28 MAY
402

Coca-Cola yeni içkilər istehsal edib - ALKAQOLLU

2018-05-28 22:07:00

Coca-Cola  tarixində ilk dəfə olaraq alkaqollu kokteyl istelsal edib. Fins.az Japan Times-a istinadən xəbər verir ki, Lemon-Do adlı spirtli içki artıq Yaponiyada satışa buraxılıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Adı çəkilən içki 3 variantda  3,5,7% li spirlə istehsal olunur. 350 millilitrlik içkilərin qiyməti 150 yenə 17 dollaradır.

Coca-Cola-nın Yaponiya nümayəndəliyinin rəhbəri  Masaki İlidanın sözlərinə görə, Lemon-Do pilot lahiyədir. İçkinin reseptinə gəlincə isə şirkət rəsmisi bununla bağlı hər hansı bir açıqlama verməyib.

Coca-Cola-nın yeni içkisi ilə Yaponiyada spirtli kokteylər olan Tyuxay içkiləri ilə rəqabət aparacağı bildirilir. Bu tip içkilər Yaponiyada daha çox qadınlar tərəfindən istifadə olunur və satış həcmidə hər ötən gün artmaqda davam edir. Lemon-Do içkilərinin hələki Yaponiya xaricində satılması planlaşdırılmır.

Xatırladaq ki, ABŞ və bir çox başqa ölkələrdə insanlar şəkərli içkilərdən kütləvi şəkildə imtina etməyə başlayıb. Buna adekvat olaraq Coca-Cola-nın yeni içki növlərinə keçid etmək istədiyi bildirilir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267