BİZNES

Nəhənglərin müharibəsi: Samsung yoxsa Apple? Məhkəməni kim uduzdu?
27 MAY
399

Nəhənglərin müharibəsi: Samsung yoxsa Apple? Məhkəməni kim uduzdu?

2018-05-27 22:09:00

7 il 5 gün sonra məhkəmə Apple və Samsung arasında məhkəmə çarpışmasına son qoyub. Fins.az Bloomberg-a istinadən xəbər verir ki, Samsung Apple şirkətinə 539 milyon kompensasiya ödəyəcək.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Kaliforniya ştatının San-Xose şəhər məhkəməsi  Samsung şirkətinin patent qaydalarını pozduğunu təsdiqləyib.

Məhkəmənin qərarına görə,Cənubi Koreya şirkəti  Applenin 3 patetn dizaynını oğurlayıb.

2011-ci ildə Apple Samsungun 1 milyard dollar təzminat ödəməyini tələb edib. Bunun əvəzində isə Samsung  bunu oğurluq olmadıdığını sadəcə bir neçə detalların oxşarlığınının olduğunu bildirərək 28 milyon təzminat ödəyə biləcəyini vurğulayıb.

2015-ci ildə məhkəmə Applenin tələb etdiyi məbləği 548 milyon dollara endirir. 2016-cı ildə iş apelyasiya məhkəməsinə verilir bu zaman Samsungun 399 milyon dollar ödəməli olduğu qərara verilir. Lakin bu qərar da tərəfləri qane etmir. İş ali məhkəməyə göndərilməsinə baxmayaraq  yenidən aşağı instansiyaya qaytarılır. Son məhkəmə qəraraına əsasən isə Samsungun Apple 548 milyon dollar təzminat ödəməsi  məhkəmə tərəfindən təsdiq edilir. Applenin nbu qəraradan razı olduğu bilinsə də Samsungun bu qərarı da şikayət edəcəyi bildirilir.

Onu da qeyd edək ki, patent müharibəsi bu iki şirkət arasında ilk dəfə deyilki baş verir. Belə ki, 2014-ci ildə Kaliforniya məhkəməsi  Samsungun məlumatların sinxronlaşdırılması və “slide to unlock” texnologiyasından istifadəni Appledən oğurluq kimi qəbul edərək Samsungu 120 milyon dollar cərimələyib.

Həmçinin 2013-cü ildə məhkəmə Applenidə Samsungdan oğurluqda günahgar bilib. O zaman Applenin Samsungdan fotokamera xüsusiyyətlərinin oğurluğunda günahgar bilərək Appleni cəmi 158 min dollar məbləğində cərimələyib.

 Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269