BİZNES

“Mətanət A” Şirkətinin rəhbəri Elxan Bəşirovdan təklif
26 MAY
1425

“Mətanət A” Şirkətinin rəhbəri Elxan Bəşirovdan təklif

2018-05-26 17:27:00

Azərbaycan Tikinti Materialları Assosiasiyasının sədri, “Mətanət A” Şirkətinin rəhbəri Elxan Bəşirovdan təklif: “Sahibkarlar hər il hesabat verməlidir.”

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirov Sahibkarlar Gününə həsr olunmuş konfransda maraqlı təkliflərlə çıxış edib. Onun sözlərinə görə, ölkəmizdə 25 aprel tarixinin Sahibkarlar Günü kimi qeyd olunması möhtərəm prezidentimiz cənab İlham Əliyevin iş adamlarına böyük diqqətinin göstəricisidir. Sahibkarlar bu məsuliyyəti dərk etməlidirlər: “Mən istər İqtisadiyyat Nazirliyi, istərsə də Assosiasiyaların saytlarında hesabat bölümünün yaradılmasını təklif edirəm. Sahibkarlar hər il 25 aprel tarixində öz fəaliyyətləri ilə bağlı hesabatları ora yerləşdirilsinlər. Nəticədə hər şirkətin bir il ərzində Azərbaycan Respublikasının iqtisadiyyatına necə tövhə  verdiyi məlum olacaq”.  

 Cənab Bəşirov çıxışında Azərbaycanda sahibkarlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünə diqqəti yönəldərək qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini bildirib: “Cənab Prezident  Nazirlər Kabinetinin  1-ci rübünün yekunlarına  həsr olunan  konfransda  bir daha söylədi ki,  2018-ci ildə islahatlar olacaq  və bu il də qeyri-neft sektorunun inkişafı istiqamətində bütün məsələlər prioritetliyini qoruyub saxlayacaq”.  Elxan Bəşirov həmçinin qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev  “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə “investisiya təşviqi sənədi”nin verilməsi qaydalarını təsdiqlədikdən  sonra müxtəlif sənaye sahələrinə milyardlarla manat dəyərində investisiya yatırılıb: “O cümlədən bizim, “Mətanət A” şirkəti də cənab prezidentin qarşısında 4 böyük zavodun tikintisini  öz öhdəsinə götürüb və onların fəaliyyətini bir təşviq sənədi əsasında reallaşdırır, bununla da milyonlarla vəsaitə qənaət edir. Bu qənaət bizim zavodların rentabelli işləməsinə, eyni zamanda götürdüyümüz kreditin geri qaytarılmasına öz tövhəsini verir”.

Cənab Bəşirov şirkətin son nailiyyətlərindən də söz açıb. Xüsusilə, tikintisi ötən il başa çatdırılan Qazax əhəng zavodunun fəaliyyətinə toxunaraq bu zavodun istehsal etdiyi əhəngin regiondakı rəqiblərini xeyli geridə qoyduğunu vurğulayıb. Elxan Bəşirovun sözlərinə görə, şirkətin yaxın perspektiv üçün də böyk ümidlər vəd edən planları var: “Biz 2019-ci ilin axırına mineral yun zavodunu istifadəyə verəcəyik. Artıq bununla bağlı Almaniyanın ən məşhur şirkətlərindən biri ilə müqavilə bağlamışıq. İlkin ödənişlər edilib, bütün texnologiyalar, avadanlıqlar sifariş verilib, vaxtında Azərbaycana gətiriləcək. Biz Hacıqabulda da maşınqayırma istiqamətli böyük bir layihə həyata keçirəcəyik. Bu layihə tikinti avadanlıqlarının istehsalını gerçəkləşdirəcək”. – deyə Elxan Bəşirov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272