BİZNES

Azərbaycanda sahibkarların sayı 5 dəfə artıb
25 MAY
240

Azərbaycanda sahibkarların sayı 5 dəfə artıb

2018-05-25 12:02:00

"Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb". Fins.az  xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu müddət ərzində sahibkarların sayında da artım müşahidə edilib.

"Sahibkarlıqla məşğul olan hüquqi şəxslərin sayı iki dəfə, fiziki şəxslərin sayı isə 5 dəfə artıb. Bu dövrdə 90 mindən çox müəssisə yaradılıb. Qeyri-neft sektorunda 2017-ci ildə 2,7 dəfə, 2018-ci ildə isə 2,8% artım olub. Aqrar sektorda 2017-2018-ci ildə artım 4% olub. Bu il Sahibkarlara Kömək Milli Fondu tərəfindən 170 milyon manat kredit verilməsi nəzərdə tutulur. Artıq bu kreditin 70 milyon manatı verilib",- deyə Ş.Mustafayev vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260