BİZNES

İqtisadiyyat nazirinin müavini: "Dünya iqtisadiyyatındakı yeniliklər barədə məlumatlar Azərbaycanın inkişafına kömək edir"
24 MAY
312

İqtisadiyyat nazirinin müavini: "Dünya iqtisadiyyatındakı yeniliklər barədə məlumatlar Azərbaycanın inkişafına kömək edir"

2018-05-24 16:47:00

Yeni Rusiya-Azərbaycan Regionlararası Forumu bu ilin sentyabr ayında Gəncə şəhərində keçiriləcək. Fins.az xəbər verir ki,bu barədə "Report"a Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPBİF) Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, SPBİF hər il iqtisadiyyat sahəsində aparıcı mütəxəssisləri, müxtəlif ölkələrdə iqtisadi inkişafa cavabdeh olan insanları, dünyanın ən böyük korporasiyalarının rəhbərlərini bir araya gətirir: "Bu, müasir dünya trendlərinin, iqtisadi inkişaf istiqamətlərinin, yeni iqtisadi mexanizmlərin müzakirəsi üçün əla platformadır. Hər il bura Azərbaycandan nümayəndə heyəti gəlir, nümayəndələrimiz müxtəlif sessiyalarda və panellərdə iştirak edirlər, iqtisadiyyatın müxtəlif sahələri üzrə fikir mübadilələri aparırlar. Dünya iqtisadiyyatındakı yeniliklər barədə məlumatlar Azərbaycanın inkişafına kömək edir".

Rusiya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir müavini ölkələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib: "Ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə inkişafının əsasını dövlət başçılarının siyasi iradəsi təşkil edir. Həmçinin Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının fəaliyyətini qeyd etmək istəyirəm. Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üzrə Şura əlaqələrimizin inkişafına olduqca müsbət təsir göstərir", - nazir müavini bildirib.

O həmçinin birgə forumların, o cümlədən Rusiya-Azərbaycan Regionlararası Forumunun əhəmiyyətini qeyd edib.

"Yeni Regionlararası Forum bu ilin sentyabrında Gəncə şəhərində keçiriləcək. Artıq onun təşkil edilməsi yolunda fəal hazırlıqlar aparılır. Belə forumlarda ənənəvi olaraq Rusiyanın dövlət qurumlarının və müxtəlif bölgələrindən olan biznes nümayəndələri iştirak edirlər. Bu forum iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün ən vacib mexanizmlərdən biridir. Onun sayəsində çoxsaylı razılaşmalar əldə olunub, mühüm sazişlər imzalanıb", - S.Məmmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255