BİZNES

"Zara"dan hər gün şikayət daxil olur
24 MAY
1919

"Zara"dan hər gün şikayət daxil olur

2018-05-24 11:43:00

"Zara"dan daha bir şikayət daxil olub. Fins.az xəbər verir ki,"Azad İstehlakçılar İctimayi Birliyinin sədri Eyyub Hüseynovun 
"Zara"dan hər gün şikayət daxil olduğunu bildirib. Danışıq yolu ilə şikayəti həll etmək mümkünsüzdür,sadəcə olaraq telefona cavab vermədilər. Bu şikayəti iqtisadiyyat Nazirliyinə göndərdik.
Şikayəti nəzərinizə catdırırq.
"Azad İstehlakçılar İctimayi Birliyinin sədri Eyyub Hüseynova 
Bakı şəhəri ,Nizami rayonu,Bəhruz Nuriyev küçəsi ev 7,mənzil 6 ünvanında yaşayan Namazov İdrsi Tahir oğlu


Ərizə

29 aprel 2018 ci il tarixində Nizami küçəsi 42 ünvanında Nərgiz mall Ticarət mərkəzində yerləşən Zara mağazasından dəyəri 59 AZN olan köynək aldım.13 may 2018-ci il tarixində qeyd etdiyim ünvanda yerləşən dükana yenidən yaxınlaşaraq aldığım köynəyi onunla eyni dəyərdə olan digər köynəyə dəyişmək istədiyimi bildirdim. Malın əmtəə görüntüsü,istehlak xassəsi,plombu,yarlığı hər bir şeyi tam qaydasında idi və həmçinin kassa qəbzini də dükanın əməkdaşına təqdim etdim. Dükanın əməkdaşı malın bütün xususiyyətlərinin tam yerində olmasına əmin oldu və məni kassaya yönləndirdi. Kassada mənə bildirdilər ki , malın dəyişdirilməsi malın alındığı gün də daxil olmaqla 14 gün müddətində mümkündür. İstehlakçıların haqında qanunun 15-ci maddəsinə görə istehlakçı aldığı malı aldığı gün sayılmamaq şərti ilə 14 gün ərzində eyni keyfiyyətə malik malla dəyişdirə bilər. Burada mənim istehlakçı hüquqlarımın pozulduğunu sizə bildiriəm və bu baraədə mənə köməklik göstərmənizi,mənim istehlakçı hüquqlarımın qorunmasını bu barədə lazımı dövlət orqanlarına və KİV-Ə məlumat verməyinisizi xahiş edirəm.

 

Eləcədə Bax: "ZARA" Mağazalar şəbəkəsindən şikayət olunub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256