BİZNES

İndiyədək 4,6 mln. manat ixrac təşviqi ödənilib
24 MAY
135

İndiyədək 4,6 mln. manat ixrac təşviqi ödənilib

2018-05-24 10:57:00

İclasda idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsulların keyfiyyətinin yaxşılaşdırılması, eləcə də qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğu bir daha vurğulanıb. Qeyd olunub ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası, yerli məhsulların ixracının, rəqabətə davamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. İxracın stimullaşdırılması üçün 2018-ci ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixracı müqabilində sahibkarlara 1,5 mln. manat, indiyədək isə 4,6 mln. manat ixrac təşviqi ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253