BİZNES

Azərbaycan-Aİ biznes-forumuna maraq artıb
26 APREL
157

Azərbaycan-Aİ biznes-forumuna maraq artıb

2018-04-26 15:47:00

İyunun 5-də Bakıda keçiriləcək Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumunda iştirak edəcək şirkətlərin sayı ötən illə müqayisədə çox olacaq. Fins.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Onun sözlərinə görə, 2017-ci ildə keçirilmiş eyni tədbirdə 400 şirkət iştirak edib. Bu il isə 500-dən çox şirkət artıq iştirakını təsdiqləyib. 

"Bu il xüsusilə Azərbaycanda fəaliyyət göstərən Aİ ölkələrinə məxsus şirkətlərin sayı çoxalıb. Biznes-forumda iştirak üçün qeydiyyat hələ başa çatmayıb. İştirakçıların sayı arta bilər", - deyə o qeyd edib. 

Qeyd edək ki, tədbirdə iqtisadiyyatın şaxələndirilməsi və bunun üçün həyata keçirilən iqtisadi islahatlar əsas müzakirə mövzularından biri olacaq. Biznes-forum, əsasən, 4 sahəyə fokuslanacaq: kənd təsərrüfatı və ərzaq; tikinti və avadanlıqlar; nəqliyyat və logistika; informasiya texnologiyaları.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267