BİZNES

İxrac prosedurları və ixrac zamanı tətbiq olunan güzəştlər
23 MAY
232

İxrac prosedurları və ixrac zamanı tətbiq olunan güzəştlər

2018-05-23 15:14:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin birgə təşkilatçılığı ilə “Əsas ixrac prosedurları və ixrac zamanı tətbiq olunan güzəştlər” mövzusunda seminar keçirilib.

Seminarda İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin ekspertləri tərəfindən Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlara ixracı zamanı tələb olunan mənşə sertifikatları barədə,  onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, ekspertiza prosedurları və tətbiq olunacaq güzəştlər barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, seminar maarifləndirmə xarakteri daşıyır. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin əsas məqsədi sahibkarları müxtəlif istiqamətlərdə məlumatlandırmaqdır. “Bu gün keçirilən seminarda ixracatçılar xarici bazarlara çıxarkən, tələb olunan sənədlər, ekspertiza prosedurları, malın mənşə ölkəsinin təyin olunma yolları, habelə ixrac zamanı tətbiq olunan güzəştlər barədə yeni məlumatlar əldə etdilər. Sözügedən seminarı keçirtməkdə əsas məqsədimiz ixracı zamanı sahibkarların mal və məhsullarının xarici bazarlarda daha rəqabətqabiliyyətli olmasıdır.”

İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fazil Məmmədovbu  seminarın keçirilməsində göstərdiyi dəstəyə görə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə minnətdarlığını bildirib və sahibkarların  maarifləndirilməsi istiqamətində aparılan mütəmadi tədbirlərin zəruri olduğunu qeyd edib.

Belə tədbirlərdə məqsəd dövlətimiz tərəfindən sistemli islahatlar, kompleks tədbirlər, və ixrac prosedurlarının sadələşdirilməsi istiqamətində, ekspertiza xidmətləri üzrə aparılan sistemli yenilikləri sahibkarların diqqətinə çatdırmaq və onlarla müzakirə etməkdir.

Bunlardan ixracatçılara dəstək məqsədilə malın mənşəyinin müəyyən edilməsi üzrə keçirilən ekspertiza xidmətlərinin haqqı qeyri-neft ixracına 30%  endirilmiş,  tələb olunan sənədlər hüququi şəxslər üçün 9-dan 5-ə, fiziki şəxslər üçün 5-dən 4-ə endirilmişdir. 

Mövcud beynəlxaq təcrübəyə əsasən dünyada mənşə sənədlərinin verilməsi müddəti ən azı 3 gün olduğu halda, Azərbaycanda bu prosedur 1 gün ərzində həyata keçirilir.

Sahibkarlıq subyektlərinin qarşılaşdıqları problemlərin öyrənilməsi, ixracatçılarda yaranan çətinliklərin operativ həlli və şəffaflığın təmin edilməsi məqsədilə hər ay

Ekspertiza Mərkəzində və regional bölmələr üzrə “Açıq qapı” günləri təşkil olunur.

İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi istiqamətində təşkil olunan tədbirlərdə  sahibkarlarımızın diqqətinə çatdırmaq istədiyimiz ən vacib məsələ - “Made in Azerbaijan” adı altında Azərbaycan məhsulu kimi ixrac bazarlarına çıxmaq üçün beynəlxalq tələbləri onların diqqətinə çatdırmaqdır. Mənşə qaydalarının tələblərini qoyulacaq investisiya layihələrində öncədən nəzərə almaları sahibkarlarımızaixrac zamanı tətbiq olunan güzəştlərdən yararlanmaq imkanı yaradacaqdır. Bu sahədə bütün köməkliyi göstərməyə hazır olduğumuzu bildiririk.

İİTKM-də təşkil olunan seminarda 40-a yaxın sahibkar iştirak edib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırlıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256