BİZNES

Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin ümumi həcmi açıqlandı
23 MAY
131

Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin ümumi həcmi açıqlandı

2018-05-23 10:54:00

Genişmiqyaslı tədbirlərin və davamlı islahatların reallaşdırılması nəticəsində əvvəlki illərdə olduğu kimi, 2018-ci ilin I rübü də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Belə ki, bu dövrdə ÜDM 2,3%, qeyri-neft sektoru təqribən 3%, qeyri-neft sənayesi 10%, kənd təsərrüfatı 4,2%, artıb. Bu barədə İqtisadiyyat Nazirliyində keçirilən Kollegiya iclasında məlumat verilib. Həmçinin qeyd olunub ki, 2018-ci ilin I rübündə valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları artaraq 44,2 milyard ABŞ dollarına çatıb. Bu dövrdə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bunun da böyük hissəsi xarici investisiyalardır. Əhalinin gəlirləri təxminən 10% artıb, inflyasiya 4% təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib. Bu dövrdə həmçinin, Cənub Qaz Dəhlizinin yaradılması, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində mühüm işlər görülüb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269